Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır


Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qızılavar kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib.


      Çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov və digər iştirakçılar əsrin bəlası sayılan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs ediblər.


       Görüşdə sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığı diqqətə çatdırılıb


     Sonda narkomaniyanın zərərli təsirlərini əks etdirən videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10