Cenub.az bildirir ki,bu günnahardan sonra Masallı Rayon Mərkəzi Xəstəxanasında yeni rəhbərin təqdimatı olub. Əslən Lerik rayonunun Pirəsora kəndindən olan, tibb üzrə fəlsəfə doktoru, nevroloq, 1964-ci il təvəllüdlü Xanbaba Meyxoş oğlu Hüseynov Masallı Mərkəzi Xəstəxanasının publik şəxs direktoru təyin edilib. Onun atasının ölkənin tanınmış kənd təsərrüfatı mütəxəssisi olduğu bildirilir. Masallı Rayon Mərkəzi Xəstəxanasında baş həkim yeri isə hələ də boşdur.
Doğrudanmı, Mərkəzi xəstəxana son illərin bəlalarından xilac ola biləcək?
cenub.az