Cenub.az məlumat verir ki, bu günlərdə Lerik rayon Mərkəzi Xəstəxanasında həmin qurumda çalışan, yaşı 60-dan artıq olan nevrpatoloq həkimi Balaş Təhməzov saxlanılıb.
Yayılan məlumata görə Balaş Təhməzov iş otağında rüşvətlə tutulub.
Bu barədə öncə əslən Lerikdən olan Mais Hüseyn sosial şəbəkədə, öz səhifəsində məlumat yaydı. Kəskin ironiya yüklü xəbərdə aşağıdakı məlumatlar əks olunmuşdu. Həmin məlumatı olduğu kimi təqdim edirik:
Məlumatın izinə düşdükdə məlum oldu ki, Balaş Təhməzov adlı şəxsin 62 yaşı var. Uzun müddətdir ki, Lerik Mərkəzi Xəstəxanasında çalışır. Rayonun Şingədgulan kəndindəndir. Çoxları onu rəhimli, imkansız xəstələrini haqqını qoruyan, nə verirlərsə ona qane olan, kiminləsə pul davası etməyən, haqsızlığa daim dözümsüzlük göstərən, buna görə də baş həkimdən tutmuş, daha yüksək çinli məmurlarla vaxtaşırı kəskin mübahisələrə girən adam kimi tanıyırlar.
Hadisə baş verən zaman rayon sakini Qəhrəman Kişiyev adlı şəxs onun otağına daxil olub və hər hansı xidmətə görə isə ona rüşvət verib. Bu vaxt hüquq mühafizə orqanlarının əməkdaşları otağa girib və onu həbs ediblər. Daha sonra isə Balaş Təhməzov Lerik rayon prokurorluğuna gətiriblər. Fakt qarşısında qalan Təhməzov əməlini etiraf edib.
Hazırda Balaş Təhməzov saxlanılıb və araşdırma aparılır.
Cenub.az