Türkiyənin yeni, “Eren” adlı PUA-sı 500, 300 və 100 metr məsafədən uğurla atış sınaqlarını yerinə yetirib.
Musavat.com xəbər verir ki, bu PUA-lar dünyada ilk dəfə lazer silahla təchiz edilib.
Yerli və milli istehsal olan dünyanın ilk lazer silahlı pilotsuz uçan aparatı olan “Eren” təqdimatı ilə bütün dünyanın diqqətini çəkib.
Bu silahın adı Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu tərəfindən verilib. Təhlükəsizlik Baş İdarəsi (EGM) Cinayət İdarəsinin koordinasiyasında TÜBİTAK və ASİSGUARD ilə əməkdaşlıq çərçivəsində hazırlanmış pilotsuz təyyarə lazer silahlarından istifadə edərək, uzaqdan partlayıcı elementləri zərərsizləşdirə bilir. "Eren"in digər diqqətçəkən elementi onun uğurudur. Çünki yerli və milli istehsal olan pilotsuz uçan aparat 3000 metr uçuş məsafəsi ilə lazerlə sahədə partlayıcı elementləri zərərsizləşdirməyi bacarır.
Lazer silahının kustar üsulla hazırlanan bombaları və hərbi sursatları müəyyən məsafələrdən məhv etmə qabiliyyətinə malik olduğunu bildirən bomba mütəxəssisi Əroğlu, "Eren"in polad lövhəyə atəş açaraq sınaqdan keçirildiyini açıqlayıb.
Eroğlu, "Eren" bir dron və lazer silahıdır. Lazer və dronu birləşdirərək dünyada bir ilkə imza atdıq. Havadan atış qabiliyyətini qazandıq. "Eren" tamamilə yerli və milli istehsalımızdır. Müəyyən məsafələrdən keçirilən sınaqlarda uğurlu nəticələr əldə edib”, – deyə açıqlama verib.
Sınaqlar çərçivəsində 500, 300 və 100 metrdən uğurlu atışlar edildiyini bildirən Eroğlu, bölgəyə bomba zərərsizləşdirmə mütəxəssisi göndərilmədən "Eren"in bombaları məhv etmə bacarığına sahib olduğunu qeyd edib. Eroğlu gənclərin" Eren"ə böyük maraq göstərdiyini və onlardan dronun iş sistemi haqqında məlumat aldıqlarını da söyləyib.
Sözügedən silah haqqında daha ətraflı məlumatı aşağıdakı videodan ala bilərsiniz.
Musavat.com