Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada 5 uşaq atası özünü güllələyərək öldürüb


Astara sakini intihar edib.

Cenub.az ambur.az-a istinadən xəbər verir ki, hadisə rayonun Siyəku kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib.

Hadisə zamanı o, evdə tək olub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Teymurov 5 uşaq atasıdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10