Bu gün səhər saatlarında, təxminən səhər 8-ə qalmış Lənkəran şəhər sakini nümayişkaranə şəkildə Regional İşıq idarəsinin qarşısında işıq nəzarətçisinin maşınını yandırıb.
Lənkərandan əməkdaşımızın aldığı məlumata görə, bir gün əvvəl Sabir Əliyevin evində elektrik xətləri yoxlanılarkən “lev”i xətt aşkarlanıb.Verilən məlumata görə o bir neçə il imiş bu xətt işlədirmiş. Işıq nəzarətçisi dəfələrlə ona xəbərdarlıq edib, həmin xətti kəsib, lakin S. Əliyev qanuna tabe olmayıb. Nəzarətçini ona ziyan vuracağı ilə hədələyib. Buna görə Sabir Əliyev cərimə təhlükəsi ilə üz-üz qalıb və möhkəm əsəbiləşib.
Bu səbəbdən, bu gün, dekabrın 9-da, səhər 8 radələrində Sabir Əliyev nəzarətçi Rauf Kərimova məxsus 42-BO 756 21 115 markalı maşının izinə düşüb və Lənkəran Regional Elektrik İdarəsinin qarşısına həmin maşınını üzərinə benzin tökərək yandırıb. Maşın yarıtmaz vəziyyətə düşüb.
200-300 manatlıq borca görə 6-7 min manatlıq maşını yandırmaq qəribə mətləblərdən xəbər verir.
Olay Lənkəran Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır.
Elnur. Lənkəran. Cenub.az