Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bəxti açılan yol



Azərbaycan respublikasının prezidenti 21 aprel 2010-cu il tarixdə Astara rayonu ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamla Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin gərginliyin aradan qaldırılması ilə bağlı, 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdiyi Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Prezidentinin Ehtiyat Fondundan Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Astara rayon icra Hakimiyyətinə 3,5 milyon manat məbləğində vəsait ayrılıb.


Astara-Balaca Şahağacı yolun uzunluğu 18 kilometrdir. Həmin yolu Lənkəran-Astara rayonları arasında 2-ci, alternativ yol adlandıranlar da. Bu yol 40 ilə yaxın idi ki, təmir olunmurdu. Yolun 8 kilometri tamamilə dağılıb, demək olar ki keçilməz olub. Şahağacı kəndin ərazisindən keçən yolun bir hissəsini isə hər dəfə dəniz yuyub aparır. Yol demək olar ki, yararsız hala düşüb. Mütəxıssislərin fikrincə 3,5 milyon manat bu yolun heç yarısına çatmaz. Çünki söhbət yolun yenidən salınmasından gedir.


Astara-Balaca Şahağacı yolu Astaranın Şağacı, Kolatan, Şiyəkəran, Kakalos, Pensər kəndlərindən keçərək Astara-Bakı yoluna birləşir. Bu yolla dəniz kənarı Lənkəran istiqamətində hərəkət etmək olur. Rayon icra hakimiyyəti aparatından kənd nümayəndəliklərinə. bələdiyyələrə, məktəblərə tapşırılıb ki, bu sərəncama görə prezidentə təşəkkür teleqramları göndərsinlər. Nisyə teleqramlar vuranlar da var. Çünki müəllimlər bu günə qədər əmək haqqlarını ala bilməyiblər.


P. S. Adının çəkilməsini istəməyən bir mütəxəssisin dediynə görə Azərbaycan Respublikası regionlarının sosial-iqisadi inkişafı Dövlət Proqramında(2004-2008) 12 bənd Astaraya aiddir. Lakin 6 ildə bu bəndlərin cəmi 3-ü həyata keçirilib. Bu məsələlərin bir çoxları təkrar olaraq yeni proqrama salınıb.

Onu da əlavə edək ki, yolun hansı təşkilat tərəfindən salınacağı və tikintinin nə vaxtdan başlanacağı məlum deyil.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10