NASA-nın rəhbəri Bill Nelson Texasdakı kosmik bazada Birləşmiş Ərəb Əmirliklərindən yeni  vəzifələndirilmiş iki astronavtı, o cümlədən hicablı qızı salamlayıb. 28 yaşlı BƏƏ vətəndaşı, ixtisasca mühəndis Nura əl-Matruşi və 33 yaşlı Dubay polis helikopter pilotu Məhəmməd əl-Mulla NASA-nın Hyuston bazasında təlimə qəbul olunub.
Moderator.az-ın "The National" nəşrinə istinadla verdiyi xəbərə görə, müsəlman astronavtlar Beynəlxalq Kosmik Stansiyaya və Aya missiyalarda iştirak etmək üçün 2 il müddətində təlim keçəcəklər.

Nura əl-Matruşi vacib dini ayinləri icra edən müsəlmandır və hicablıdır. O, BƏƏ-dən olan ilk qadın astronavt olub. Qeyd edək ki, Əmirliklərin digər nümayəndələri Həzza əl-Mənsuri və Sultan əl-Neyadi NASA proqramı çərçivəsində təlimin birinci ilini başa vurublar.

Sultan Laçın














