Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı şair-bəstəkar Şahin Musaoğludan “Savaşçı”ya jest - VİDEO




Türkiyənin hazırda ən yüksək reytinqə sahib olan seriallarından biri Fox Tv-də yayımlanan və “Limon” Productiona məxsus olan “Savaşçı”nın bir neçə bölümündə Azərbaycan dövlətinə və dövlətin rəmzi olan bayrağa sevgi izləyicilərdə məmnunluq yaradıb.

Kulis.az-ın məlumatına görə, Azərbaycan və Türkiyənin ortaq layihəsinə mane olmaq istəyən terror təşkilatı 6 azərbaycanlı mühəndisi əsir götürür. Türkiyədəki Azərbaycan nümayəndəliyi əsir götürülən bölgəni daha yaxşı tanıdıqları, orada xüsusi əməliyyatları bundan əvvəl də apardıqları üçün Türkiyə xüsusi təyinatlılarının da bu əməliyyatda iştirakını istəyirlər. “Qılınc” qrupu (Kılıç timi) bu əməliyyat üçün hazırlanır. “Bordo bərəlilər” Azərbaycan bayrağı olan qol nişanlarını-şevronları taxaraq terrorçulara qarşı çətin əməliyyata yollanır.

Serial bədii ekran əsəri olsa da, orada yaşananlar real yox, yaradıcı təxəyyül məhsulu sayılsa da, yenə də bu kimi görüntülər hər iki qardaş ölkənin vətəndaşlarında xüsusi motivasiya yaradır.


Azərbaycan Yazıçıar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri, bəstələdiyi və sözlərinin müəllifi olduğu mahnıları (“Cənab leytenant”, “İgid əsgər möhkəm dayan”, “Əsgər vətən əmanəti, yurd əmanəti”, “Birinci batalyon”, “Qəlbin payızı” və s.) əzbərdən bildiyimiz şair-bəstəkar Qarabağ savaşında hərbi həkim kimi çalışmış Şahin Musaoğlu kulis.az-a açıqlamasında “Savaşçı”nın bu gözəl addımına cavab olaraq, iki həftə ərzində vətənpərvərliklə bağlı mahnı yazdığını və musiqi əsərinin artıq hazır olduğunu da bildirib:




“Mən “Savaşçı” ya cavab olaraq təzə bir mahnı yazdım: “Qurban türkün bayrağına”. Sözləri Nizami Saraclının musiqisi mənə aiddir.
Mahnını Novruz Novruzlu ifa edir.

Bu mahnını mən bir neçə il bundan əvvəl yazmışdım. Şəmistan Əlizamanlı ifa eləmişdi.... Doğrusu müasir tələblərə, texniki imkanlara cavab vermirdi. Amma “Savaşçı” seriyalındakı jestlərdən sonra bu mahnıya təzə nəfəs və təzə ruh vermək qərarına gəldim.
Novruzla danışdım. Təcili yığışdıq. Folklor instutunun studiyasında yazdıq. Düz iki həftədi ki gecə gündüz işləmişik.



Demək olar ki bütün musiqi canlı alətlərlə yazılıb. Qara zurna, təbil, davul, nağara, saz… Aranjeman İffət Əsgərova məxsusdur”.



Bəstəkar açılamasında mahnının “Savaşçı”nın yaradıcı heyətinə də göndərəcəyini bildirib. Artıq bu barədə işlərə də başlayıb.


Qeyd: Şahin Musaoğlu Masallı rayonunun Qızılağac kəndində boya-başa çatıb.












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10