Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qohumları onu zəhərləmək istədi, evi qarət olundu, alt paltarı satmağa məcbur qaldı – Azərbaycanın Merlin Monrosu


Sovet kino aktrisası İren Azər haqqında maraqlı faktları təqdim edirik.

İrina Azər Abdurrezaevna 1949-cu ilin sentyabr ayının 19-da Bakıda anadan olub. Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi. O, təyyarəçi kimi müharibədə döyüşüb, ondan sonra isə Bakıda sınaqçı pilot işləyib. Yofan əslən Kuban kazaklarından olan Liliya Georgiyevnaya vurulur.
***

Xoşbəxt günlərin birində onlar evlənməyə qərara verirlər. Hətta yeni doğulacaq körpəyə İren adı qoymağı da düşünürlər. Lakin Yofan müharibədə bütün gənc varislərini itirmiş aristokrat bir nəslin yeganə davamçısı olduğundan məsələyə onun Polşadakı qohumları müdaxilə edir. Qızının doğulmasından üç ay əvvəl Yofan İrenin anasından ayrılaraq həmişəlik Polşaya qayıdır. Ancaq o, qızına İren adının qoyulmasını Liliyadan xahiş edir. Xahiş yerinə yetirilir.

Bir müddət sonra İrenin anası əslən Cənubi Azərbaycandan olan general, İran şahı Məhəmməd Rza Pəhləvinin şəxsi düşməni, SSRİ-yə qaçmaqla həyatını xilas edən Əbdülrza Azərlə ailə həyatı qurur. İranlı general İreni öz qızı kimi tərbiyə edir və ona soyadını verir, Bakıdakı evinin həyətində İrenin şərəfinə fəvvarə də tikdirir.
***
Qızlığını xüsusi qayğı ilə “Güləndər” adlandıran Əbdülrza arvadı Liliyanı da “Leyla” deyə səsləyir. Bir müddət sonra isə Əbdülrza Moskvada Şərqşünaslıq İnstitutunda müəllimliyə başlayır və ailəsi ilə birlikdə ora köçür. İrenin Dilarəm adlı bir bacısı dünyaya gəlir.
***
16 yaşından artıq öz uca boyu, sarışın gözəlliyi, mavi gözləri və kübar davranışı ilə yaşıdları arasında seçilir. Moskva Moda Evinin direktoru Viktor Moskovski onu maneken olmağa dəvət edir. İren 1977-ci ildə qədər - 12 il model kimi çalışır. Əsasən zinət əşyaları, xəz, şlyapa, parçaları reklam edir.

1968-ci ildə İren Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olur Sergey Gerasimovun qrupunda kino sənətini öyrənir. Onun kurs yoldaşları Sovet kinosunun gələcək simasını müəyyənləşdirəcək isimlər olur - Niklolay Yeremenko, Təlqət Niqmatulin, Vadim Spiridonov, Sergey Nikonenko, Nina Maslova.
***
İrenin karyerası 1966-cı ildən “13 stul qəlyanaltıxanası” serialındakı Olqa və Karolina rolları ilə başlayır. 70-ci illər İren Azərin yaradıcılığına daha bir uğurlu obraz - “Böyük dəyişikliklər” 4 seriyalı komediya filmində yaratdığı cazibədar Lyuska olur. Bu roldan sonra onu “SSRİ-nin Merlin Monro”su adlandırırlar.

1972-ci ildə rejissor Stanislav Rostotski gənc aktrisaya “Şəfəqlər burada sakitdir” filminin ssenarisini göndərir. Rejissor bakılı qızı Rira Ovsyanina rolunda görsə də, aktrisa bu rola razılıq vermir. Roldan imtina etməsinə səbəb İren Azərinin əri, jurnalist Yuri Şvartsın da rolu olur.
***
Jurnalist Yuri Şvartsla tanış olub ailə quran İrenin Viktoriya adlı bir qızı dünyaya gəlir. Ancaq bir müddət sonra cütlük arasında mübahisələr yaranır və İren ərini ona xəyanət etməkdə günahlandırır. “Akvanatlar” filminin çəkiliş meydançasında tanış olduğu aktyor German Poloskov İreni də həyat yoldaşından soyudur. Qarşılıqlı mübahisələr və xəyanətlər Yuri Şvarts-İren Azər cütlüyünün ayrılmasına səbəb olur.
***
70-ci illərin İrenin atalığı İrana qayıdır və orada müəmmalı avtomobil qəzasına düşür. İren bacısı ilə birgə İrana yollanır. General Əbdülrza bilərəkdən səhv müalicə olunur.

Atalığının vəfatından sonra İren varislik hüquqlarını qorumağa çalışır. Lakin atalığının qohumları onu və bacısını zəhərləməyə cəhd edirlər. Bir dəfə isə az qalır ki, bacıları avtomobil vursun.
***
1979-cu ildə onların miras davasını həll etmək üçün Fərəh Pəhləvi ilə görüş təşkil olunur. Lakin, İranda baş verən inqilab bu görüşə mane olur. Atalığından qalan 22 milyonluq varidat bacıların əlindən çıxır. İren bacısı ilə birgə İranı tərk edirlər. Atalığının dostları onları yaxşı hədiyyələrlə yola salır. Deyilənə görə, bu hədiyyələrin içərisində yüz qramlıq qızıl külçələr də varmış.
***
Lakin, Moskvada aktrisanın evi qarət olunur və İren özü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir. Bir ildən çox müalicə olunur.


Yaradıcılığının sonrakı illərində İren Azər “Akvanavtlar”, “Ağ qu quşularına atəş açmayın”, “Sirli farvater”, “Əziz oğlan” və “Rezidentin qayıdışı” kimi filmlərə çəkilir.
***

O, “Böyük dəyişikliklər”də yaratdığı Lyuska obrazını fərqli canlandırır. Amma bütün bu rollara rəğmən İren Azərin aktyor potensialını tam çılpaqlığı ilə sərgiləyəcək obraz təklifi ona heç vaxt verilmir. 80-ci illər İren Azərin karyerasında sonuncu uğurlu il olur. 1986-1991-ci illəri əhatə edən “yenidənqurma dövrü”ndə o daha 7 filmdə rol alır.


1991-ci ildə Sovet İttifaqının dağılması ilə kinosənaye də ciddi zədə alır. Artıq filmlərə çağırılmayan aktrisa profilini dəyişərək, ticarətə keçir. Piştaxta arxasına keçərək qadın alt paltarlarının satışına başlayır. Bu dövrdə əldə etdiyi qazancdan narazı olmasa da, onu tanımasınlar deyə parik və günəş eynəyi ilə kimliyini gizlədirdi.
***

1991-ci ildə artıq boşanmış, himayəsində azyaşlı övladı olan, həyat yolunda çoxsaylı eşq macəraları yaşamış, karyerasının ən aşağı nöqtəsinə çatmış İreni iş ortaqlarından biri böyük məbləğdə pul vəsaiti ilə aldadır, daha sonra onda Hepatit C aşkar olunur, 2002-ci ildə isə 45 yaşlı kiçik bacısı Dilarəm Azər öz həyatına qəsd edir. Bacısı ilə çox yaxın olan İrena Azər dərin depressiyaya qapılır, içkiyə qurşanır.
***
Qızı Viktoriya evləndikdən sonra ABŞ-a köçür. Və bir neçə il sonra anasını da yanına çağırır. Hal-hazırda Kaliforniya ştatında qızı Viktoriyanın ailəsi ilə yaşayan keçmiş aktrisa vaxtını Oskar və Yura adlı 2 oğlan nəvəsi ilə keçirir.

Kulis az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10