Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı BTK Azərbaycan tarixində bir ilkə imza atdı


Masallı Bioloji Təbabət klinikasının Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyəsi üçün əlamətdar sayılan əməliyyat icra edildi. 

Tiroid vəzini qoltuq altından çıxartdılar

Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, doktor Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən “Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutub. Əməliyyatın ilk olma xüsusiyyəti bundadır ki, boyunda kəsik aparmadan, qoltuq altından tək portla girilməklə icra edilib.

Klinikaya boyunda şişkinlik şikayəti ilə müraciət edən 56 yaşlı xanım pasiyent klinik, laborator və instrumental müayinələrdən keçirildikdən sonra onda qalxanabənzər vəzinin (zob) sağ payında 2 sm-lik düyün aşkar olundu. Protokola əsasən İİAB (incə iynə aspirasiya biopsiyası) olundu, İİAB-nin nəticəsi follikulyar neoplazma olaraq bildirildi. 

Yazı Masallı BTK-tərəfindən təqdim edilib.


Pasiyent sağ hemitiroidektomiya qərarı ilə əməliyyata alındı, əməliyyat ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla icra olundu. Əməliyyat 1.5 saat davam etdi. Əməliyyatdan sonra pasiyent palataya verildi və 1 gün sonra evə yazıldı.

Endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdə icra olunur, artıq ölkəmiz də bu ölkələr siyahısına daxil olmuş oldu.

Xatırladaq ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olundu.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10