Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saakaşvilinin həyat yoldaşı NARAHATDIR: yenidən aparıla bilər...


Ukrayna Radasının deputatı və Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko sabiq prezidentin yenidən həbsxanaya aparılmasının planlaşdırıldığını deyib.

Publika.az xəbər verir ki, Yasko bu barədə Qori xəstəxanasında sabiq prezidentlə görüşdən sonra məlumat verib.

O, deyib ki, Saakaşvilini yenidən həbsxanaya aparmaq onu öldürmək deməkdir:

"Çox təhlükəli xəbərlər yayılır ki, onlar Saakaşvilini yaxın həftələrdə yenidən cəzaçəkmə müəssisəsinə köçürmək istəyirlər. Bunu təsəvvür belə etmək istəmirəm, çünki bu onu öldürmək deməkdir. 50 günlük aclıq fonunda, belə bir vəziyyətdə bir insanın müalicəsi adətən iki dəfə çox vaxt tələb edir. O çox zəifdir və buna görə də onun daimi nəzarətə ehtiyacı var”, - deyə Y. Yasko qeyd edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10