Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pandemiya nə vaxt bitəcək? - Britaniyalı alimlərdən AÇIQLAMA


Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupuna (SAGE) görə, koronavirus azı 2026-cı ilə qədər ciddi təhlükə yaradacaq.

“SARS-CoV-2 səhiyyə sistemini təhdidə və azı beş il ərzində peyvənd və məlumatların monitorinqi vasitəsilə aktiv nəzarət tələbinə davam edəcək”, - deyə bildirilir.

Mütəxəssislərin fikrincə, peyvəndləmə və xəstəliyin yayılmasının ümumilikdə qarşısının alınması üçün tədbirlər kifayət qədər effektiv olmasa, bu müddət arta bilər.

Bundan əlavə, britaniyalı alimlər müəyyən ediblər ki, Birləşmiş Krallıqda Avropanın qalan hissəsi ilə müqayisədə yoluxmanın artması ilə bağlı vəziyyət stabilləşib. Onların fikrincə, buna geniş yayılmış peyvənd kampaniyası sayəsində nail olunub.

Buna baxmayaraq, müxtəlif ölkələrin ekspertləri koronavirusun yeni dalğasını istisna etmirlər. Bu, SARS-CoV-2-nin Ümumdünya Səhiyyə Təşkilatının “narahatlıq doğuran” kimi müəyyənləşdirib, yunan hərfi “Omikron”un adı ilə adlandırdığı yeni ştammı - B.1.1.529-la əlaqədardır.

Mənbə: RİA Novosti





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10