
Onun həbsinə səbəb kimi Masallı Aqrolizinqə rəhbərlik etdiyi dövrdə etdiyi saxtakarlıqların olduğu bildirilir.
Yayılan məlumatlarda Qafil Məmmədovun Bakı şəhərində, dekabrın 20-də axşam tərəfi Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edildiyi bildirilir.
Yayılan məlumatlarda o da var ki, Q. Məmmədov həmin təşkilata rəhbərlik etdiyi müddətdə ciddi yeyintiyə, mənimsəməyə yol verib.
Xatırladıq ki, həmin təşkilat təsərrüfatla məşğul olanları güzəştli qiymətə kübrələr, kənd təsərrüfatı texnikası ilə təmin edir.
Məlumat üçün onu da bildirək ki, Qafil Məmmədovdan sonra həmin təşkilata rəhbərlik edən, əslən Xıl kəndindən olan Eldar Hüseynov da bir ay əvvəl həbs olunub.
“Cənub xəbərləri”