
AzToday.az-a daxil olan məlumatlarda bldirilir ki, Masallı regional Meşə Təsrərrüfatının rəhbəri Mustafa Əhmədovun meşələrə düşmən kəsilməsinin səbəbini anlaya bilmirlər.
Belə ki, Masallıda Qəriblər Meşəbəyliyinin 3 saylı meşə dolayındakı meşə zolağı ağır traktorların tırtılları altında məhv edilir, eninə-boyuna qazılır, xarabazara çevrilir. Burda törədilənlərə ancaq meşələrə düşmən münasibət adlandırmaq olar. “Aqrobağ” adlandırılan ərazidə ikiillik qoz ağacları insafsızcasına məhv edilib. Cəlilabad Meşəbəyliyinin 1 saylı meşə dolayında 5 hektar, 5 saylı meşə dolayında isə 10 hektar sahəni yerlə bir edib. 12 və 13 saylı meşə dolaylarından isə əsər-əlamət qalmayıb.
Məlumatda bildirilir ki, Masallıda viran qoyulan meşələrin yaxınlığında ağac emal edən sexlər çoxalmaqdadır. Rayonun Xocavar və Binə Xocavar kəndləri ərazisində onlarla sex fəaliyyət göstərir. Bu sexlər də təbii ki, yerli xammalla işləyirlər.
Maraqlıdır ki, Sovetin əfsanəvi rəhbəri Stalinin əmsi ilə Masallıda salınan meşə zolağı belə Ekologiya işçilərinin tamahına hədəf olub. Masallı Meşəbəyliyinin 18 saylı meşə dolayında qanunsuz olaraq yol çəkilməsinə razılıq verib. Həmin yerdə kommersiya məqsədi ilə obyekt yeri verilib. Belə ki, rayonun Əhmədli kəndi yaxınlığında meşə zolağı qırılaraq obyekt inşa olunur.
Qeyd edək ki, sakinlər və media orqanları cənub rayonlarının meşələrinin məhv edilməsi ilə bağlı davamlı olaraq Muxtar Babayevin rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər etsələrdə heç bir tədbir görülmür. Görünür, Muxtar Babayev və Nazirliyin Meşə Departamentinin rəhbəri Ağaqardaş Qaraşov meşələr hesabına qısa müddətdə böyük imkanlar əldə etmək istəyir…




















