
“Ən yaxşı müəllim” nominasiyası üzrə Şərəfə kənd tam orta məktəbinin xarici dil müəllimi, Qabaqcıl Təhsil İşçisi, Prezident mükafatçısı, 2011-ci ildə Ən yaxşı müəllim müsabiqəsi üzrə Respublika qalibi olmuş, 2019-cu ildə Türkiyədə Uluslararası Türk Dünyasının “Sosial bilimlər və Egitim bilimləri” Koqresində “Yeni təlim strategiyaları müasir paradiqmlər kontekstində” layihəsi ilə beynəlxalq ödül - Dədə Qorqud ödülü mükafatı laureatı olmuş Məmmədova Naidə Şakir qızı bu dəfəki müsabiqədə də nominasiyanın qalibi olmuşdur. Həmçinin onun 2 şagirdi də nominasiyanın qalibləri sırasında olmuşdur.
Mükafatlandırma mərasimi Bakı şəhərində Landmark hotelində keçirilmişdir.
Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və APFAZ-ın prezidenti Gülbəniz Camalova Naidə Məmmədovanı mükafatlandırmış, gələcək işlərində daha böyük uğurlar arzulamışlar.
“Ən yaxşı xarici dili tədris edən məktəb” nominasiyasında isə Bakı Avropa liseyinin direktoru Zülfiyə xanım Veysova mürafatlandırılmışdır.
Təbrik edirik.
Cenub.az