Oğul odur ki, bu çirkablar içində təmiz “muncuq” tapsın
Bu da bir ömürdü, axırı yoxdu,
Papağı gedənin abırı yoxdu.
A bala, fələyin taqsırı yoxdu,
Biz elə beləydik, fələkdən qabaq..B. Pərviz
Dünya yaxşılardan xali deyil. Ta uzaq keçmişdən, yaxın keçmişə kimi olduqca təmiz, yüksək ləyaqət sahibi olan yüzlərlə insanlar olub. Lerikdə İbadulla adlı pristav yaşayıb-cibinə rüşvət qoyulduğu üçün həmin şalvarın cibini kəsib. Masallıdan Zəbi Quliyev kimi təmizlik simvolu olan, az qala bütün ölkəyə nümunə sayılan çox saf bir rəhbər yetişib..
...Vaxt var idi, yoxlamalar təşkilatlarda günlərlə araşdırma aparıb, haradasa nöqsanlar aşkarlayardı. İndi Nöqsanlar çırtıq çalıb adamın qarşısında oynayır.
Rüşvətə, saxtakarlığa, özbaşınalığa... qarşı mübarizə aparmalı olanlar həmin saxtakarlığın, həmin cinayətin önündə gedir, dəllal-filan kənarda qalıb, tasları artıra-artıra rüşvəti rəhbərlər özləri alır.
Hər dövrün öz “rəngi”, öz “dadı” olduğu kimi bu günün günahlarının, yalanlarının da öz “aləmi”, öz “dünyası” var.
Bəzi kişilər qocalanda arvadla “bacı-qardaş” olan kimi bizdə də bəzi adamtutan idarələrin rəhbərləri elə həmin sahəyə qədəm qoyandan oğru-quldurla, narkobaron-mafiozla “bacı-qardaş” olublar.
İndi düzün-düz, əyrinin-əyri olduğunu sübut etmək olduqca müşkül bir işdir. Dünənin bəzi “günah”ları indinin savabından abırlı olub.
Vaxtilə Rübabə Muradovanın mahnısında belə bir bənd var idi:
Sevgiyə hədd qoymaq özü günahdır,
Aşiqin hər işi, sözü Günahdır,
Eşqi Günah sanmaq özü Günahdır
Kim deyir, eşqimdə Günahkaram mən.
Bu aspektdən yanaşsaq indi “günah”ı günah saymaq özü günahdır. Kimin günahı yoxdur ki? İsa peyğəmbərin “Kimin günahı yoxdur, birinci daşı o atsın” kəlamından sonra az qala hamı günahkar olduğunu etiraf edir.
Bu günlərimizdə isə günahlar və yalanlar əməlli-başlı “kişi” olub.
Təsəvvür edin, bir idarə müdirinin yanına girirsən- video, diktofon, foto və sairə olmaz, deyirlər. Müdir səni söyür, təhqir edir, bəlkə də döyür. İndi gəl, sübut elə. Sənin özünü günahkar çıxardarlar.
Elə idarə təsəvvür edirsinizmi, ora işçini pulsuz, hədiyyəsiz götürürlər. Elə pul çıxan yer var ki, ora “əl” qoyulmasın.
İnanmazsınız ki, bir cənub rayonunda təzə təmirdən çıxmış xəstəxanada giriş qapısına yaxın, uzaq otaqların “tas“ında belə 300-500 manat fərq var. Adamı 1500-2000 manata xadimə adı ilə işə götürüb, tibb bacısı kimi işlədirlər. (Necə deyərlər, daha ətraflı növbəti yazılarda)
Balaca iqtisadi böhranın olması bəzi rəhbərlərin əlinə gözəl bəhanə verib. Elə “ağlaşma” qururlar ki, istəyirsən, corabını, qaloşunu satıb verəsən onlara.
Əvvəlki kişilərdən barıt qoxusu gələrdi. İndi bəzi kişilərin yanından keçəndə ən bahalı ətirlərin qoxusu adamı 3-5 metrdən vurur.
Vaxt var idi kişilər haqq-hesabı Avropada duellə, şərqdə üz-üzə döyüşlə həll edərdi.
İndi çoxlarının şantaj qrupu-yumurta atanı, üzə duranı, hər qarayaxmağa hazır fahişəsi, narkomanı... və bunların əməllərini müdafiə edən səlahiyyətli hakimləri var.
Yəqin soruşmaq istəyən olar ki, bəs bunlar bu qədər günaha, tənələrə necə dözürlər?
Tanışlarımdan biri danışır ki, yüzlərlə adamın haqqını yeyən, dələduzluqla milyonlar qazanandan soruşurlar ki, bəs bu söyüşlərdən, qarğışlardan necə qorunursan?
Həmin şəxs də cavab verib ki, ağsaqqalım deyib, üzünü padoş elə, söyən, hədələyən uzağı 10-15 dəqiqə deyinəcək, ürəyin boşaldıb gedəcək.
İndi bu “padoşlar” o qədər çoxalıb ki.
Əvvəllər ağsaqqallar, müdriklər adama deyərdi ki, bala rüşvət alma, günah işlətmə.
İndi deyirlər ki, ya alma, alanda isə külli miqdarda al. Çünki ilişəndə ortaya abırlı pul qoya biləsən. Lap ağıllı olsan, türmə həyatı üçün də pul saxla, nazora, ara düzəldənə, papiros, narkotik gətirənə və sairə görüm baxım eləmək üçün.
Birdən dediklərimi özünüzə dərd edərsiniz, xəstəliyə tutularsınız-etməyin. Ramiz Rövşənin aşağıdakı misraları ilə özünüzə təsəlli verin.
Hamı günahkardır. Dünyada
Amma
Dünyada heç kəsin günahı yoxdur.
Zahir Əmənov