Fransanın Azərbaycandakı səfirliyi və Xarici Dillər Universitetinin birgə təşəbbbüsü ilə Respublikada xarici dil üzrə “Ən yaxşı xarici dil müəllimi”, ”Ən yaxşı xarici dili tədris edən məktəb”, ”Xarici dildə ən yaxşı nəticə göstərən şagird” nominasiyası üzrə müsabiqə keçirilmişdir.
Ən yaxşı müəllim nominasiyası üzrə
Masallı rayonunun Şərəfə kənd tam orta məktəbinin xarici dil müəllimi, 2011-ci ildə Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsi üzrə respublika qalibi olmuş Məmmədova Naidə Şakir qızı bu dəfəki müsabiqədə də həmin nomanisiyanın qalibi olmuşdur. . Həmçinin onun 2 şagirdi bu nominasiyasının qalibləri sırasında olmuşdur. Mükafatlandırma mərasimi Bakı şəhərində Landmark hotelində keçirilmişdir.
Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və APFAZ-ın prezidenti Gülbəniz Jamalova Naidə Məmmədovanı mükafatlandırmış, gələcək işlərində ona daha böyük uğurlar arzulamışlar.
Ən yaxşı xarici dili tədris edən məktəb nominasiyasında isə Bakı Avropa liseyinin direktoru Zülfiyə xanım Veysova mükafatlandırılmışdır.
Təbrik edirik.
Faiq Hüseynzadə, cenub.az