Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Qəriblər kənd stadionun ev yeri kimi satılmış ərazisində tikilən evlər söküləcək - Ali Məhkəmənin Kollegiyası qərar verdi


Qəriblər stadionunun “xilas edilməsi” ilə bağlı kənd sakinləri Qurban kəsməyə hazırlaşır

Cenub.az-ın bir neçə araşdırma yazılarından bəlli olduğu kimi, bir neçə ildir ki, Masallı Rayonunun Qəriblər kəndindəki stadionun ərazisinin satılması, burada qanunazidd olaraq evlərin tikilməsi məhkəməsi ilə bağlı çəkişmələr gedir.

Gah şikayətçi olan yerli sakinlərin, gah da həmin ərazidə ev tikənlərin məhkəmələrdə udub-uduzmasından sonra, nəhayət, Şirvan Apelyasiya məhkəməsi bu ilin mart ayından başlayan və 2021-ci ilin iyun ayının 25-də bitən iclasında qərar verdi ki, Qəriblər kəndinin ərazisindəki stadionda tikilən yaşayış evlərin inşası qanunsuz aparılmışdır və sökülməlidir.

Əks tərəf bundan narazı qalaraq Ali Məhkəmənin Kollegiyasına şikayət edib. Nəhayət, bu gün, noyabrın 29-da Ali Məhkəmənin Kollegiyası bu gün keçirilən iclasında qərar verib ki, Şirvan Apelyasiya məhkəməsinin qətnaməsi qüvvədə qalsın.

Bəlli olduğu ki, Ali Məhkəmənin Kollegiyası şikayətlər üçün son ünvandır və onun qərarı verildiyi gündən qüvvəyə minir və həmin qərardan şikayət verilə bilməz. Yəni, dərhal icraya yönəlməlidir.

Beləliklə, Qəriblər sakinlərinin illərlə davam edən stadion mübarizəsi uğurla bitdi.

Kollegiya qərarına əsasən burada inşa edilmiş 3 ev sökülməli, stadion əvvəlki vəziyyətinə gətirilməli, bütün ziyanlar bu işi icra edənlər və sərəncam verənlər tərəfindən ödənilməlidir.

Yaxın günlərdə olayla bağlı daha ətraflı məlumat verəcəyik.


Faiq Hüseynzadə, cənub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10