
Yenisabah.az-açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, bu sıradan bir oğurluq deyil, bir növ, vərdişdir.
“Kleptomaniya ümumiyyətlə, lazımsız əşyaların oğurlanmasıdır. Bu həm vərdiş, həm də psxioloji pozuntudur. Əgər bir insan ona lazım olmayan, dəyərsiz əşyaları oğurlayırsa, bu kleptomaniyadır. Yəni bu, sadəcə vərdişdir. O oğurladığı əşyanı evə gətirib baxır, nə oğurladığını belə anlamır, əşyaya baxanda da başa düşmür ki, bunu nə üçün oğurlayıb”.
V.Əmiraslanovanın fikrincə, bu vərdişdən qurtulmaq olar:
“Bu vərdişi tərgitmək üçün insane güclü iradə lazımdır. Bu halda təkcə psixoloqlar yox, nevropotoloqların, psixiatrların yardımından da faydalanmalıdır. Psixoloji yardım mütləqdir. Çünki bu hal həm cəmiyyəti, həm də insanın özünü narahat edən haldır”.
Ayzel