Əyləncəli Amerika həyatı onun da marağından kənarda qalmayıb. İstirahət mərkəzləri, kafe və restoranlar, gecə klubları və barlar Nikolay Çernova əsl cənnəti xatırladıb və o, hər iş günündən sonra vaxtını bu məkanlarda keçirib. Amma sözsüz ki, bu əyləncələr pulsuz başa gəlməyib. Çernovun aldığı maaş əyləncə xərclərini ödəyə bilməyib və o, əlavə gəlir haqqında düşünməyə başlayıb.
Qanunvericiliyə görə, Çernovun, SSRİ Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) Nyu-Yorkda fəaliyyət göstərən rezidenturasının əməkdaşının biznes fəaliyyəti ilə məşğul olması yasaq olub. Belə olan halda o, fərqli bir qazanc yoluna əl atıb. Bu yol onu “zənginləşdirib”, sonda isə həbsxanaya aparıb...
Nikolay Çernov 1920-ci ildə Moskvada anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Mendeleyev adına Kimya Texnologiyaları İnstitutunda ali təhsil alıb. Uşaqlıqdan foto sənətinə böyük maraq göstərən Çernov bu işin mükəmməl bilicisi olub. Köhnə şəkillərin, cırılmış, yarısı olmayan fotoların bərpası ilə məşğul olan kimyaçı bu işdən də pul qazanıb.
Sovet-alman müharibəsi başlananda Çernov hərbi xidmətə çağrılıb. Müharibənin sonuna qədər Belarusiya cəbhəsində xidmət edib, hərbi əməliyyatlarda fərqləndiyinə görə bir neçə orden və medalla təltif olunub.
1946-cı ildə ordudan tərxis olunan Çernov bir müddət Moskvada Kimya İnstitutunun laboratoriyasında öz ixtisası üzrə işləyib. Onu mütəmadi olaraq foto mütəxəssisi kimi hüquq-mühafizə və xüsusi xidmət orqanlarına dəvət ediblər. Kimyaçı-fotoqrafı göstərdiyi xidmətlərə görə pulla mükafatlandırıblar. Xidməti münasibətlərin rəsmiləşdirilməsi üçün Çernova BKİ-də iş təklif olunub. Təklifi məmnunniyyətlə qəbul edən Çernov idarənin texniki əməliyyat şöbəsində xidmətə başlayıb.
1961-ci ildə Çernov BKİ-nin Nyu-Yorkdakı rezidenturasına texnik əməliyyatçı təyin edilib. Rezidenturadakı fotolaboratoriya ona həvalə olunub. Eyni zamanda rezidenturanın poçt xidməti ilə də Çernov məşğul olub.
SSRİ-dən fərqli olan Amerika həyatı Çernovun ürəyincə olub. Bu həyatı istədiyi kimi yaşamaq üçün isə Çernova aldığı əmək haqqı azlıq edib. Rezidenturanın təmir işləri, kargüzarlıq ləvazimatlarının alınması və digər cari xərclər məsələsi də daxili əmrlə Çernova tapşırılıb. Çernov Nyu-Yorkda topdansatış bazalarında işləyənlərlə münasibət yaradaraq hər alış-veriş zamanı ödəniş qəbzində məbləği yüksək yazdırıb. Arada qalan fərqi isə öz əyləncələrinə xərcləyib.
1962-ci ildə belə “əməliyyat”ların biri rezidenturanın kiçik təmir işi ilə bağlı olub. Çernov 200 dollarıq təmir materiallarına ödəniş qəbzində 450 dollar yazdırıb və bazanın işçisinə bildirib ki, sabahısı gün də material alacaq. 250 dollar qazanan kimyaçı-fotoqraf səhərisi gün bazaya gedəndə onu Federal Təhqiqat Bürosunun (FTB) iki əməkdaşı qarşılayıb. FTB əməkdaşları Çernova ötən gün aldığı müterialların əsl ödəniş qəbzini göstəriblər və bildiriblər ki, maliyyə maxinasiyası haqqında müvafiq qurumları məlumatlandıracaqlar. Onlar bu işin üstünün açılmaması üçün Çernova çıxış yolu da göstəriblər, FTB ilə əməkdaşlıq etmək yolunu. Çernov sövdələşməyə dərhal razı olub. O, bu işdə böyük qazancın olduğunu yaxşı anlayıb.
Beləliklə, Çernov 1962-ci ildən FTB-yə işləyib. Daha sonra o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə işbirliyinə girib. Çernovun Amerika həyatı tamamilə dəyişib, prestijli restoranların, əyləncə mərkəzlərinin qapıları onun üzünə taybatay açılıb. Bəzən o, işə də sərxoş vəziyyətdə gedib.
1972-ci ilə qədər Çernov Amerika xüsusi xidmət orqanlarına 3 mindən artıq sənəd ötürüb, ABŞ-da agentura şəbəkəsinin 100-ə qədər üzvü Çernov tərəfindən satılıb. Bunun qarşılığında o, mövcud dövr üçün kifayət qədər böyük sayılan məbləğlər qazanıb.
Çernov öz işini olduqca ehtiyatla tutub, heç bir şübhə yeri qoymayıb. Amma onun əyləncələri, günün çox hissəsində sərxoş olması BKİ rəhbərliyinin diqqətindən yayınmayıb. 1972-ci ildə Çernov geri çağrılıb. Onu idarənin texniki laboratoriyasında işlə təmin ediblər. O, burada çox işləyə bilməyib. Alkoqolizm xstəliyinə düçar olan Çernov öz ərizəsi ilə işdən azad edilib.
İşindən uzaqlaşdıqdan sonra Çernov Kaluqa ətrafında Amerikada qazandığı pullar hesabına həyət evi tikdirib, təsərrüfatla məşğul olub. Əməllərinin açımayacağından arxayın olan casus əyyaşlığını davam etdirib. Onun ağlına da gəlməyib ki, illər sonra qapısını DTK əməkdaşları döyəcək.
1987-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə ittiham olunan BKİ generalı Dmitri Polyakov həbs ediləndə ifadələrində Çernovun adını çəkib. Polyakovun istintaqı ərəfəsində Çernov da həbs olunub. O, istintaqa öz əməllərini etiraf edib. Məhkəmə ona 8 il azadlıqdan məhrumetmə cəzasını verib. Hökmün “yumşaq” olmasının səbəbi Çernovun səhhətindəki və psixoloji durumundakı problemlərlə bağlı olub. Cəmisi 6 aydan sonra isə Boris Yeltsin ABŞ rəsmilərinin qeyri-rəsmi xahişi ilə onu əfv edib. Azadlığa çıxdıqdan bir il sonra Çernov qaraciyər serrozundan vəfat edib.
Qeyd edək ki, Nikolay Çernov SSRİ-də vətənə xəyanət maddəsi ilə ittiham olunan sonuncu şəxs olub.
İlham Cəmiloğlu, Musavat.com