Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ölkədə bir dəmiryol stansiyası 3 il boyunca bircə sərnişinə görə işləyib... - MARAQLI


Yaponiyada bir dəmiryol stansiyası üç il boyunca bircə sərnişinə görə işləyib. Hokkaydo adasının Kami-Şirataki vağzalında qatarlar bu illər boyu bir sərnişini gözləyib. Həmin sərnişin hər gün qatarla dərsə gedən bir məktəbli qız olub. Qatar həmin stansiyada gündə iki dəfə dayanırmış – qız məktəbə gedib-gələndə onu mindirib-düşürmək üçün. Yaponiya Dəmir Yolları İdarəsi sərnişin və yükdaşıma həcminin azaldığını əsas götürərək 2013-cü ildə Kami-Şirataki stansiyasını bağlamaq qərarına gəlir. Lakin məktəbli qızın hər gün məktəbə yalnız bu yolla gedib-gəlməsi faktı idarəyə bəlli olandan sonra bu qərar ləğv edilir. Vağzal təmir olunur, qışda isə perron qardan-buzdan təmizlənir. Buradan keçən qatarın hərəkət cədvəli birbaşa məktəbli qızın dərs cədvəlinə uyğunlaşdırılır. Hökumət Kami-Şirataki stansiyasını yalnız 2016-cı ildə bağlayır – qız məktəbi bitirəndən sonra...

P.S. Bunu payızda fond, qışda odun, yazda süpürgə pulu yığan məktəblərin olması faktını yada salmaq üçün yazmadım, maraqlı olduğu üçün yazdım))
 
Famil Cəfərli, Tanınmış jurnalist





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10