Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mixeil Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlanıb, ölə bilər


Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilidə təhlükəli beyin xəstəliyi aşkarlanıb.

Bu barədə Gürcüstan Ombudsmanı Aparatının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, siyasətçi təxminən 50 gündür keçirdiyi aclıq aksiyası səbəbindən B vitamininin tükənməsi nəticəsində ortaya çıxan mərkəzi sinir sistemi xəstəliyinə (Wernicke encephalopathy) tutulub. Bildirilib ki, sabiq Prezident komaya düşə, nəticədə ölə bilər. Bu səbəbdən də onun çoxprofilli və yüksək texnoloji imkanlara malik klinikaya köçürülməsinə ehtiyac var.

M. Saakaşvilini Gürcüstan Ombudsmanı tərəfindən yaradılan həkim mütəxəssislərdən ibarət qrup müayinə edib.

Gürcüstanın Ədliyyə naziri Rati Breqadze yaranmış vəziyyətlə əlaqədar M. Saakaşvilinin Qori Hərbi Hospitalına köçürülməsini təklif edib. Lakin M. Saakaşvili daha əvvəl verdiyi açıqlamalarında Qori Hərbi Xəstəxanasının işğal xəttinə yaxın yerləşməsini əsas gətirərək köçürülməsini həyatına qarşı təhdid hesab etdiyini açıqlayıb.

Xatırladaq ki, qeyri-qanuni yollarla ölkəsinə qayıdan Gürcüstanın üçüncü Prezidenti M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Həbs olunandan sonra aclıq aksiyasına başlayan keçmiş Prezident yalnız maye və vitamin qəbul edib.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze isə M. Saakaşvilini saxta aclıq aksiyası keçirməkdə ittiham edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10