Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda neçə İmam və imam müavini var?


ÇÇoxlarına bəlli olduğu kimi 230 minə yaxın əhalisi olan Masallı rayonunda 140 məscid var. Bəs bu məscidlərdə  Qafqaz müsəlmanları idarəsinin attestasiyasından keçmiş, necə deyərlər, rəsmi statusu olan, eləcə də yardım alan neçə din xadimi çalışır. Qafqaz Müsəlmanları İdarəsinin Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə Qazisi Ağarəşid Talıbzadədən aldığımı məlumata görə Masallının 140 məscidlərində 75 din xadimi rəsmi qeydiyyatdan keçmişdir ki, onların da 24 nəfəri İmam, 41 nəfəri İmam müavini, 5 nəfəri Mütəvəlli, 5 nəfəri  isə Dini ayin icraçısıdır.


 Bu şəxslərin də 65 nəfəri  Milli Dəyərlərin Təbliği Fondundan aylıq yardım alır ki, onlardan da təxminən 10 nəfərinin məvacib məsələsi son bir ildə hələ olunmuşdur. Attestatından keçən masallılı din xadimlərində hələlik 10 nəfərə yaxını məvacib almır. (Məvacib almayanaların adları dəqiqləşdirilir)


Hacı Ağarəşidin bildirdiyinə görə, kimsə düşünməsin ki, bizim digər 65 məscidlərdə din xadimi yoxdur. Demək olar ki, hər məscidin axundu, yaxud dini ayinləri icra edən şəxsləri var. Tək-tük məscidlər var ki, bu sahədə problem yaşanır.


Məlumat üçün bildirək ki, Milli Dəyərlərin Təbliği Fondundan  imamlara hər ay  630 manat, müavinlərinə   490 manat,  mütəvəllilərə  -- manat, dini ayinləri icra edənlərə  -- manat yardım edilir. Hansı ki bu yardımlardan hər hansı vergi və sair ödəmələr tutulmur.

Məvacib alan din xadimlərinin imkan daxilində bir sıra dini mərasimləri, eləcə də imkansız ailələrin dəfn və hüzr məclislərinİ ( meyit götürülməsi, vacib namazlar) pulsuz idarə etməsi məqsədəmüvafiqdir.


Redaksiyadan: Sorğularımızı həmişə vaxtında, dolğun və operativ cavablandırdığı üçün hörmətli Qazimiz Hacı Ağarəşid Talıbzadəyə təşəkkürümüzü bildiririk.  Digər qurumlar da nümunə götürsə, çox şad olarıq.


Yazının sonunda Masallıdan rəsmi qeydiyyatdan keçmiş din xadimlərinin siyahısını sizə təqdim edirik. (Bu şəxslərdən 10-a yaxını məvacib almır. Bəziləri də dünyasını dəyişib).    


 Masallıda fəaliyyət göstərən İmamlar 

İmam

Talibov Rəşid Qiyas

Boradigah qəsəbə Hz.Əli məscidi

Hüseynov Məftun Ələkbər

Şəhər Cümə məscidi

Qafarov Rahim Ağakərim

Sərçüvar kənd məscidi

Əliyev Mirkərim Abdulla

Ərkivan qəsəbəsi H. Mirkərim Ağa Məscidi

Mikayılov Vaqif Əlisa 

Qabaq Dadva məhəllə məscidi

Heybətov Rəmiş Xudayar

Ərkivan qəsəbəsi Göllü məsciddi

Mirzəyev Səxavət İman

Qızılavar kənd Peysə məscidi

Mirzəyev Ələddin Savad

Meşəkənar kənd məscidi

Qardaşəv Əliqulu Əmiraslan

İskəndərli kənd məscidi

Kazımov Mirzəki Qubad

Boradigah qəsəbə məscidi

Məmmədov Həmid Fərhad

Qəriblər kənd məscidi

Ağababayev Sərdar Nurəddin

Şərəfə kənd məscidi

Səfərov Müşviq Mahmud

Şəhər Seybətin 1 məscidi

İbrahimov Vüqar Cabbar

Türkoba kənd məscidi

Şahbazov Ramil Qardaşəli

Sığıncaq kənd məscidi

Hüseynov Əliheydər Musarza

Təzəkənd kənd məscidi 1

Dadaşov Nadir Xıdır

Bağıroba kənd məscidi

Abıyev İltimas Abı

Gəyəçöl kənd məscidi

Abdullayev Abdulla Abusət

Əhmədli kənd məscidi

Qurbanov Oruc Qardaş

Çaxırlı kənd məscidi

Dadaşadə Kamran Mahmud

Binə Xocavar kənd məscidi

Quliyev Mübariz İsmayıl

Təklə kənd məscidi

Quliyev Nəcəfqulu Ağaqulu

Hacıtəpə kənd məscidi

Əzimov Əzim Heydər

Bambaşı kənd məscidi

Cəbrayılov Məhəmməd İsmayıl

Ağakişibəyli kənd Ş.Həsən məscidi

Cəfərov Bəymirzə Əlibala

Çayqıraq kənd məsciddi

İsrafiliov Mahir Gülməmməd

Aşurlu kənd məscidi

Babayev Vəkil Qubad

Mahmudavar kənd məscidi

Hüseynov Qılman Mirzəcan

Kəlbihüseynli kənd məscidi

Abdullayev Fizuli Orucəli

Mollaba kənd məscidi



İmam müavinləri

Nəsirullayev Nüsrət Nəsirulla

Qızılağac kənd məscidi

Hüseynov Əliman İsmayıl

Ərəb kənd məscidi

Nuriyev İnqilab Abdulla 

Gəyəçöl kənd məscidi

Abbasov Səyədull Əzizulla

Ərkivan qəsəbə Pələnkuştə məscidi

Yaqubov Balakərim İmran

Lürən kənd məscidi

Məmmədov İbad İskəndər

Ərkivan qəsəbə H.Ş.Əli məscidi

Ağayev Allahverdi Ataş

Viləş kənd məscidi

Xəlilov Əfrahim Ağamirzə

Köcəkli kənd məscidi

Hüseynov Əlihəsən Mollabəşir

Ərkivan qəsəbə Həsənəküçə məscidi

Alışov Ağamirzə Əlövsət

Təzə Alvadı kənd məscidi

Kərimov Rəbbi Kamil

Eminli kənd məscidi

Əhmədov Zəfər Zəki

Qarğalıq kənd məscidi

Gözəlov Şahverən Allahverən

Şərçüvar kənd məscidi

Rzazadə Muhəmməd Rasim

Şəhər Dal Dava məscidi

Bəşirov Abdulla Orucəli

Digah kənd Əbülfəz məscidi

Quliyev Şamxal Atif

Şatroba kənd məscidi

Əliyev Abid Qulamirzə

Xıl kənd məscidi

Məmmədov Cəbrayıl Qələmirzə

Ərkivan qəsəbə Şeyx Səfi məscidi

Məmmədov Saleh Valeh

Şəhər Çümə məscidi

Zeynalov Əliəşrəf Böyükağa

Böyük Xocavar kənd məscidi

Ağayev İsrafil Müzəffər 

Ərkivan Qəsəbə Qızlaküçə məsciddi

Mehdiyev Sultan Yavər

Şıxlar kənd məscidi

İsmailov Qardaşəli Novruzəli

Kürdəbaz kənd məscidi

Niftullayev Zaur Tariel

Mollahəsənli kənd məscidi

Məmmədov Nəsir Daxıl

Dəmirşi kənd məscidi

Dadaşov Əliməmməd Əsəs

Musaküçə kənd məscidi

Novruzov Mahiyyəddin Şəmsəddin

Qəznivoba kənd məscidi

Qasımov Rizvan Məmməd

Yusifli kənd məscidi

Qurbanov Hüseyn Əlihüseyn

2-ci Səmidxan kənd məscidi

Cəfərov Rahib Ələkbər

Masallı Şaxund Məməmmədqulu məscidi

Nağızadə Abuzər Əbulfəz 

Ərkivan Qəsəbə Zeynoba məscidi

Həsənov Zamiq Əmmar

Böyük Xocavar kənd məscidi

Mütəllimov Mirsayil Mahmud

Gülütəpə kənd məscidi

İbrahimov İlqar Qulu

Masallı şəhər xanım Fayimeyi Zəhra məscidi

İsmayılov Şahsuvar Akif 

Masalli R Boraqdigah q. Cümə Məscidi



Mütəvəlli

 Abbasov Elnur İxtiyar 

1-ci Yeddoymaq     kənd məsicdi

Nuriyev Ramil Abı

2-ci Yeddoymaq

Abdulayev Telman Ağadadaş

Ərkivan Q Allahyari mescidi

Cəfərov Mirtağı Qubad

Köhnə Alvadı kənd məscidi

Nağıyev Şəhrad Əlövsəd

Şıxlar kənd məscidi



Dini Ayin icraçısı

Həsənov Abdul Hüseyn Ağababa

Təzə Alvadı kənd məscidi

Abışov Aləddin İman

Xoş Çobanli kənd məscidi

Ələmov Xaliq Mirsabid

Gü kənd məscidi

Abbasov Cəfər Qüdrət

Babaser kənd məscidi

Əliyev Ərəstun Yadulla

Təzə Alvadı kənd məscidi


Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10