Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan əhalisi dərmanları nə vaxt pulsuz ala biləcək? – RƏSMİ CAVAB


Dövlət Agentliyi Pressklub.az-ın araşdırmasına reaksiya verdi

Noyabrın 5-də Azərbaycandakı dərman bazarı barədə Pressklub.az-da yazı yayımlamışdıq.

Pressklub.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirmişdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondunda vəsait toplandıqca reseptlə alınan dərmanlar da sığorta vəsaiti hesabına olacaq: “Düşünürəm ki, bu məsələ problemin həllinə müəyyən qədər şərait yaradacaq”.

Mövzu ilə bağlı PressKlub.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Agentlik tərəfindən vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət göstərilir:

“Bura təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ilkin tibbi-sanitariya yardımı, ambulator tibbi xidmət, fizioterapiya xidməti, laboratoriya xidməti, invaziv radioloji xidmətlər (angioqrafiya), cərrahi tibbi xidmətlər daxildir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

Habelə, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır”.

Məlumatda qeyd edilib ki, ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil:

“Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Növbəti illərdə ambulator tibbi yardım zamanı dərman vasitələrinin Xidmətlər Zərfi çərçivəsində təminatı da nəzərdə tutulur”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10