1981-ci ildə Polşada üzvlərinin sayı milyonlarla olan “Solidarnost” təşkilatı inqilaba cəhd edəndə ölkənin milli müdafiə naziri Voytsex Yaruzelski hərbi vəziyyət elan edərək həm hakimiyyəti ələ keçirib, həm də üsyançıların qarşısını almağa nail olub. Yaruzelskinin bu qəti addımı, “Solidarnost” təşkilatının fəallarını həbs etdirməsi, ölkədə sosialist rejiminin dağılmasının qarşısını alması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri onun bu seçimini yüksək dəyərləndiriblər. Çünki mövcud dövrdə sosialist blokunda olan Polşada vəziyyət gərginləşəndə SSRİ-nin atacağı addım çoxlarına məlum olub. O cümlədən, Yaruzelski də yaxşı anlayıb ki, saatlar ərzində SSRİ öz qoşunlarını Polşaya yeritmək haqqında qərar qəbul edə bilər.
Bu haqda Brejnevlə Yaruzelskinin telefon danışığı da olub. Yaruzelski qoşunların ölkəyə yeridilməsinin tam əleyhinə çıxaraq sovet liderini ölkədə sabitlik yaradacağına tam əmin edib. Elə bu telefon danışığından sonra o, 1981-ci ilin dekabrın 11-də televiziya vasitəsi ilə xalqa müraciət edərək Polşada hərbi vəziyyətin elan olunduğunu bəyan edib.
Yaruzelski Polşanı SSRİ-nin diktəsi ilə idarə etsə də, əslində onun kommunist rejiminə, SSRİ-yə xoş münasibəti, simpatiyası ürəkdən gəlməyib. Belə ki, Yaruzelskinin atası 1941-ci ildə Sibirə sürgün edilib, 1942-ci ildə Altay diyarında, Biysk düşərgəsində vəfat edib. Bu hadisə Yaruzelskinin həyatında ağır izlər qoyub. Sonralar həmin hadisəni Polşa prezidenti ürək ağrısı ilə xatırlayıb:
“Atam Sibirdə sürgündə vəfat edəndə, mən onu dəfn etmək üçün adi bir örtük, bir geyim tapa bilmədim. Atamı “Pravda” qəzetinə bükərək dəfn etdim...”
Voytsex Yaruzelski 1923-cü ildə Polşada, Kuruv qəsəbəsində mülkədar ailəsində anadan olub. Özəl gimnaziyada təhsil alıb. 1939-cu ildə ailə Litvaya köçüb. Litva SSRİ-nin tabeliyinə keçəndən sonra Yaruzelskinin atası mülkədar olduğundan ailə Sibirə sürgün edilib. Ata Yaruzelski Altay diyarında düşərgəyə göndərilib, oğul Yaruzelski isə bacısı və anası ilə Turoçak qəsəbəsində məskunlaşıblar. Bu ərəfədə Yaruzelski meşə təsərrüfatında işləyib və rus dilini mükəmməl öyrənib.
1943-cü ildə SSRİ-də 1-ci Polşa piyada diviziyası yaradılanda Yaruzelski həmin diviziyada hərbi xidmətə başlayıb. Ryazan hərbi piyadalar məktəbində təhsil alıb. Müharibə illərində ağır döyüş yolları keçən Yaruzelski Varşavanın alman işğalçılarından azad olunmasında da iştirak edib.
Yaruzelski müharibədən sonra təhsilini Polşada Ali Hərbi Piyadalar Məktəbində və Baş Qərargahın Akademiyasında davam etdirib.
Ordu generalı rütbəsinə qədər yüksələn Yaruzelski 1969-cu ildə Polşa Xalq Respublikasının milli müdafiə naziri vəzifəsini tutub.
1981-ci ildə “Solidarnost” təşkilatı mövcud rejimə qarşı çıxanda Yaruzelski inqilabçıların aksiyalarına silahlı müdaxilə edərək ölkədə kommunist rejiminin devrilməsinin qarşısını ala bilib. O, həm də bununla sovet qoşunlarının Polşaya yeridilməsinin qarşısını alıb. Bu hadisədən sonra Yaruzelski Polşanın baş naziri və hakim partiya olan Polşa Birləşmiş Fəhlə Partiyasının birinci katibi vəzifələrinə seçilib. Sözsüz ki, onun bu yüksək vəzifələrə çatmasında Kremlin böyük təsiri və rolu olub.
Yaruzelski yüksək vəzifələrdə olduğu illərdə, o cümlədən prezident kürsüsündə olanda da milli müdafiə naziri postunu başqasına həvalə etməyib. Ona nəyə görə digər xarici həmkarları, o cümlədən Brejnev kimi marşal rütbəsi daşımadığı haqqında sual verəndə ordu generalı belə cavab verib:
“Marşal rütbəsini müharibədə qələbə qazanan sərkərdələr daşımalıdır. Mən isə hətta general rütbələrini dinc dövrdə orduda qazanmışam...”
1988-ci ildə Polşada kommunist rejiminə qarşı kütləvi nümayişlər keçiriləndə Yaruzelski yenə də SSRİ-nin istənilən formada öz ölkəsinə müdaxiləsinin qarşısını alıb.
1989-cu ildə sosialist blokunun dağıldığı ərəfədə o, Polşada prezident seçkilərinin keçirilməsi üçün qərar verib. 19 iyul 1989-cu ildə keçirilən seçkilərdə Yaruzelski Seym deputatlarının 270 səsini toplayaraq prezident seçilib. 233 deputat onun əleyhinə səs verib.
Prezident seçildikdən bir il keçməmiş, 1990-cı ildə Yaruzelski ölkədə çoxpartiyalılıq sistemində prezident seçkilərinin keçirilməsinə razılıq verib. Özü seçkilərə qatılmadan siyasətdən uzaqlaşıb.
Hakimiyyətdən getdikdən sonra Yaruzelski haqqında bir neçə dəfə 1981-ci il hadisələrinə görə ittihamlar qaldırmaq istəyiblər. Ancaq sabiq prezidentin səhhəti nəzərə alınaraq o, məhkəmə prosesindən kənarlaşdırılıb. Rəsmilər Yaruzelskiyə məhkəmə qurmasalar da, həyat yoldaşı Barbara Yaruzelski sabiq prezidentin 90 yaşı olanda onu məhkəmə ilə hədələyib. Belə ki, ölkənin keçmiş birinci xanımı həyat yoldaşını xəyanətdə ittiham edib, bəyan edib ki, Yaruzelski öz yatağını 50 yaşlı tibb bacısı ilə bölüşür.
Bu məsələdə isə Yaruzelskinin məhkəmədən ölümü xilas edib. O, 2014-cü ildə 90 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com