Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rüsumların artırılmasından əhali nə qədər xərcə düşəcək və daha nələr bahalaşacaq? – ŞOK RƏQƏMLƏR


“Rüsumların artımından əhali 193,5 milyon manat, aksizlərin qaldıırlmasından isə 207,8 milyon manat xərcə düşəcək. Gələn ildən bu iki mənbədən əhalinin əlavə ödənişləri 400 milyon manatı ötəcək”.

Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu fikir bildirib. O əlavə edib ki, 226 adda dövlət rüsumlarının qaldırılması əhaliyə gələn il üçün əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq: “Belə ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır. Gördündüyü ki, rüsumların artması əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu indiki dövrdə xərclərini əhəmiyyətli dərəcədə artırcaq. Hesab edirəm ki, dövlət rüsumlarının əsaslandırılmadan kütləvi və yüksək artımları ilə bağlı dəyişikliklər əmək haqları 2 ildir ki, artmayan əhalini daha da pis duruma salmağa hesablanıb. Rüsumların artımı həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək”.

Qubad İbadoğlu barədə xəbərlər - AZƏRBAYCAN24

İqtisadçı alimin sözlərinə görə, bu dəyişikliklərə hər kəsin etirazı vacibdir: “Hökümət isə bu sahədə şəffaflığı təmin etməli, rüsumu qaldırılan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementlərini açıqlamalıdır. Büdcə paketində nəzərdə tutulan artımlardan biri də yerli məhsulların aksizləridir. Belə ki, gələn ildən içməli spirt, pivə və spirtli içkilərin bütün növlərinin, tütün məmulatlarının, energetik içkilərin, elektron siqaretlərin qiyməti də kəskin bahalaşacaq. Bu mənbədən də əlavə istehlak xərci 207 milyon 847 min manat təşkil edəcək. Beləliklə də aksiz və rüsumların artmasından əhalinin əlavə məsrəfləri 400 milyon manatı ötəcək. Bütün bunların müqabilində isə gələn il üçün sosial müdafiə və təminat xərcləri bu ilə nisbətən 127 milyon manat az proqnozlaşdırılır”.

Müşviq Tofiqoğlu

KONKRET.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10