Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Polis Lənkəranda əməliyyat keçirib, saxlanılanlar var


Lənkəran rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb. Bir kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində rayon sakini Kərim Rizayev narkotik vasitə heroini satarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə K.Rizayevin həmin narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Mirzəyevdən əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı F.Mirzəyevdən 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10