Cəmi iki sinif oxumasına baxmayaraq Leonid Zakovski SSRİ-nin xüsusi xidmət orqanlarında ən yüksək vəzifələrdə xidmət edib. O, ən çətin istintaq işlərinə cəlb olunub. Yuxarı instansiyalar yaxşı biliblər ki, Zakovski nəyin bahasına olursa-olsun lazım olan adamdan lazım olan ifadəni ala biləcək. Belə ki, o, istintaqın gedişində dindirmə prosesindən tutmuş, işgəncə verməyə qədər şəxsən özü iştirak edib. Çox nadir hallarda Leonid Zakovski ittiham olunan şəxsdən istədiyi ifadəni ala bilməyib. Belə məqamlarda isə o, rezin əlcəkləri ilə öz işgəncə metodlarını həyata keçirib.
Milliyətcə latış olan Leonid Zakovski 1894-cü ildə Latviyanın Skrunda şəhərində anadan olub. Ailənin yoxsul olması onun normal təhsil almasına imkan verməyib. Zakovski iki sinif oxuduqdan sonra qazanc dalınca gedib. O, dəmirçi sexlərində fəhləlik edib.
Yeniyetməlik yaşlarından bolşevik hərəkatına qoşulan Zakovski 1917-ci ildə yaşayış yerini Petroqrada (Sank-Peterburq) dəyişib, oktyabr inqilabının fəal iştirakçılarından biri olub. Məhz onun başçılıq etdiyi dəstə şəhərin telefon stansiyasını ələ keçirib.
Leonid Zakovskinin inqilabi fəaliyyəti nəzərə alınaraq “ÇK”-da (fövqəladə komissiya) xidmətə qəbul edilib, Vətəndaş müharibəsi illərində onu ən “qaynar” nöqtələrə ezam ediblər və o, bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlib.
1926-cı ildə Leonid Zakovski Sibir Hərbi Dairəsində xüsusi şöbənin rəisi vəzifəsinə təyinat alıb. 1928-ci ildə Stalin Sibirə səfər edəndə sovet liderinin bu bölgədə təhlükəsizliyini təmin etmək də məhz Zakovskiyə həvalə edilib və həmin səfər zamanı onun Stalinlə şəxsi tanışlığı başlanıb.
Sibirdə qəddarlığı ilə ad çıxaran Zakovski “NKVD” üçlüyünə daxil edildikdən sonra həbs olunanların və güllələnlərin sayı 72 faiz artıb. Təkcə 1930-cu ilin iki ayı ərzində onun imzası ilə 898 nəfər həbs olunub ki, onlardan 347 nəfəri güllələnmə cəzasına məhkum edilib.
Zakovski üçün ittiham olunanların təqsirinin sübuta yetirilməsi vacib sayılmayıb. O, həbs olunanlarla qısa və konkret danışıb, onların qarşısına şərt qoyub: ya ittihamnaməyə qol çəkməli, ya da yerindəcə güllələnməlidir. Sözsüz ki, ittiham olunanlardan çoxu Zakovskinin istədiyi ifadələri veriblər, çünki belə olan halda onların güllələnməyi uzun müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bununla da, Leonid Zakovskinin siyahısında antisovet fəaliyyətinə görə həbs olunanların sayı digər bölgələrdən daha çox olub və bu göstərici onun gələcək karyerasında mühüm rol oynayıb.
1932-ci ildə Leonid Zakovski Sibirdən Belarusiyaya göndərilib. O, Belarusiya Hərbi Dairəsinin xüsusi şöbəsinə rəhbərlik edib. 1934-cü ildə isə ona daha yüksək vəzifə, Belarusiya Daxili İşlər Komissarlığına (nazirliyinə) rəhbərlik etmək həvalə olunub. Zakovski bu vəzifədə bir neçə ay işləyib.
Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Sergey Kirov qətlə yetiriləndə “NKVD” başçısı Henrix Yaqoda Zakovskini təcili Moskvaya çağırıb və Leninqradda “səliqə” yaratmaq üçün onu “NKVD”-nin Leninqrad vilayət idarəsinə rəis təyin edib.
Çox qısa müddətdə Leonid Zakovski SSRİ-nin şimal paytaxtını repressiya mərkəzinə çevirib. O, vilayətə yeni təyin olunmuş birinci katib Andrey Jdanovla birlikdə vəzifə təyinatlarının ilk ayında, 11702 nəfər “xalq düşməni”ni vilayətdən sürgün ediblər..
Zakovskinin ən “böyük” istintaq işi marşal Konstantin Rokossovski ilə bağlı olub. 1937-ci ildə Leninqradda Polşa və Yaponiya kəşfiyyatlarına işləməkdə ittiham olunan Rokossovskinin istintaqını Zakovski aparıb. Dindirmə prosesi istintaqdan daha çox işgəncə tətbiqlərini xatırladıb. Sonralar marşalın qızı açıqlamalarında bildirib ki, Zakovskinin işgəncələri nəticəsində Rokossovskinin səhhətində ciddi problemlər yaranıb, hətta onun bütün dişləri də Zakovskinin yumruqları nəticəsində tökülüb. Amma Zakovskinin marşala qarşı amansızlığı, qəddarlığı heç bir nəticə verməyib. Rokossovski bütün işgəncələrə dözərək casusluq etmədiyini sübuta yetirib və nəhayət azadlığa buraxılıb.
Daha çox sərt tədbirlər həyata keçirməklə Zakovski daha böyük vəzifələrə yüksəlib. 1938-ci ilin yanvarında o, “NKVD”-yə müavin, eyni zamanda “NKVD”-nin Moskva vilayət idarəsinə rəis vəzifəsinə təyin edilib. Bu yüksək vəzifə ona düşərli olmayıb.
1938-ci ilin mart ayında “NKVD” rəhbəri Nikolay Yejov Stalinə məxfi məktub ünvanlayıb. Məktubda Leonid Zakovskinin “NKVD” daxilində antisovet latış təşkilatının yaratdığı, həmçinin üç ölkəyə, Almaniya, Polşa və İngəltərə kəşfiyyatına işlədiyi göstərilib.
Stalinin göstərişi ilə aparılan araşdırmalarda faktlar öz təsdiqini tapıb.
Məhkəmə Leonid Zakovskini ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edib. Hökm 29 avqust 1938-ci ildə icra olunub.
İlham Cəmiloğlu, Musavat.com