Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı İcra hakimiyyətinin daha bir yalanı faş oldu


Bəzi böyüklər demişkən “ləyaqət də bazarda satılmır ki”,  alıb, əyani vəsait kimi bu mədəni oğlanlara hədiyyə edəsən

Dəfələrlə yazmışıq ki, Masallı Rayon İcra hakimiyyəti Başıcısına  məxsus Masalli-ih.gov.az saytı ya yalan, ya da alayarımçıq məlumatlar yayır. İnanmayanlar üçün bapbalaca sübut.

Aşağıdakı xəbərə və şəkilə diqqət yetirin.

“Masallı rayon İcra hakimiyyətinin növbəti onlayn iclası
2021-10-27

Masallı rayon İcra hakimiyyəti tərəfindən COVİD-19 infeksiyasına qarşı peyvəndləşmənin vəziyyəti barədə növbəti onlayn iclas keçirilib.

İclasda rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyələr, təhsil işçiləri və mobil qrup üzvləri iştirak edirdilər.

Onlayn iclası açan Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Masallı rayonu üzrə peyvəndləşmənin vəziyyəti barədə məlumat verərək bildirmişdir ki, rayon üzrə peyvəndləşmə prosesi yaxşıdır və belə davam edərək növbəti 2-ci və 3-cü dozalar üzrə də vətəndaşların peyvəndləşmədə iştirakını təmin etmək üçün maaridləndirməni davam etdirmək zəruridir.

Sonra rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Seyfəddin Əliyev və başqaları çıxış edərək bildirmişlər ki, əhali arasında yoluxmanın aradan qaldırılması üçün görülmüş bütün zəruri tədbirlərdə vətəndaş mövqeyini ortaya qoyaraq həmrəylik nümayiş etdirib birgə maarifləndirməni həyata keçirmək lazımdır…”
Yəqin deyəcəksiniz ki, bu xəbərdə qəribə nə var ki? Yaxud burada yalan nədir?

Sizi çox intizarda qoymayıb bildirək ki, həmin tədbirdə 36 ərazi nümayəndəsi və 36 bələdiyyə sədrindən heç kim iştirak etməyib. Masallı icra aparatının şöbə müdiri Seyfəddin Əliyev də onlayın görüşün iştirakçıları sırasında olmayıb. Siz tədbirdən paylaşılan xəbərdəki şəkildə də nə şöbə müdirinin, nə hər hansı bələdiyyə sədrinin, ərazi nümayəndəsinin şəkli görünmür. Heç şəhər və digər aparıcı məktəblərin də təmsilçiləri burada yoxdur. Bizə verilən məlumata görə, tədbir cəmi 10 dəqiqə çəkib, bunlar da + qoyub, guya tədbir keçirildi barədə xəbər yayıblar.

İndi gördünüzmü COVİD-19 infeksiyasına qarşı necə mübarizə aparırlar? Ortada bir rəqəm yox, təhlil yox…
Belə məqamda deyirlər e, kimi aldadırsan, a zalım oğlu? Bəzi böyüklər demişkən “ləyaqət də bazarda satılmır ki”,  alıb, əyani vəsait kimi bu mədəni oğlanlara hədiyyə edəsən.

Bəlkə də bu xəbəri boşa verərdik. Lakin icradakı iclasda bəzi şöbə müdirləri partizanlıq göstərib bizdən söhbət gedəndə “kişi olun, kimi tənqid edirsiniz adını deyin, qorxursunuz” deyib “kişi-kişi” oyanamasaydı.

Xəbəri təsadüfən oxudu: Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10