Bu günlərdə 2 dəfə Masallı rayonunun icra başçısı olmuş Teymur Yəhyayevlə görüşüb cənub xəbərtv üçün ondan geniş müsahibə aldıq. Əvvəlcədən razılaşdığımız kimi hazırladığmız sualları öncədən ona göstərmədən söhbətləşdik.
Bir saatlıq söhbətdə Teymur müəllimə aşağıdakı sualları ünvanladıq:
1. Masallı rayonunun 2 dəfə icra başçısı olmusunuz. 1-ci gəlişiniz paklıq siyasəti ilə yadda qaldı. Hədsiz aşkarlıq, hər işə yeni, fərqli baxış. Ikinci gəlişinizi isə islahatlar dövrü elan etdiniz. 1-ci dövrlə müqayisədəki paklıq siyasəti deyəsən 2-ci gəlişinizdə bir qədər unuduldu. Belə düşünənlər haqlıdırmı?
2. Sizin torpaq islahatlarını alqışlayanlar az olmasa da, bu islahat minlərlə insanı torpaq sahibi, sonralar biznesmen, fermer etsə də, bəziləri hesab edir ki, bu islahat çox parakəndə aparıldı, hələ də yüzlərlə insan bilmir ki, pay torpağı haradadır. Çay kolları ləğv edildi, əmlaklar ucuz qiymətə satıldı.
3. Təyin etdiyiniz hansı kadrları ən uğurlu kadr hesab edirdiniz? Sualı konkretləşdirsək, satıcılıqdan, universam sahibliyindən 1-ci müavin postuna qədər yüksəltiyiniz, hədsiz səlahiyyətlər verdiyiniz İldırım Allahyarov hansı keyfiyyətlərinə görə belə etimada layiq görülmüşdü?
- 4. Sizin Masallıya rəhbərliyinizin 1-ci gəlişinizin 8-ci ayı tamam olmamış işdən azad olunmağınız haqqında sərəncam imzalandı. Buna etiraz olaraq icra hakimiyyətinin qarşısında 1 aya yaxın sizə dəstək, sərəncam imzalayanlara etiraz aksiyası, fasiləsiz mitinqlər keçirildi, çadırlar quruldu, gah ehsan verən, gah aclıq aksiyası keçirdənlər oldu. Sizə belə məhəbbət nədən yaranmışdı?
5. Sizdən sonra Masallıya 6 icra başçısı gəldi. Onlardan hansı sizi axtardı, fikir mübadiləsi etdi?
6. Abıyevlərlə kəskin ixtilaflarınız oldu, sizi qarşı ardıcıl və güzəştsiz hücumlar... bütün bunlar nədən baş verdi?
5. Bu gün yenidən icra başçısı olsaydınız, hansı məqamlara üstünlük verərdiniz?
7. Sizin ölkə başçısı ilə bir yerdə oxuduğunuz, hətta dostluğunuz çoxlarına bəllidir. Bu yaxınlıq bu gün də davam edir?
8. Ən yaxın dostlarınız sizi nələrdə qınayır, heç elə addımınız var ki, bu gün çox təəssüfləsiniz ki, kaş bunları etməzdim?
9. Qarabağ savaşında rus, ispan, ingilis dilini mükəmməl bilən jurnalist kimi fəaliyyətiniz nədən ibarət oldu?
10. Rəhbərlik etdiyiniz və işdən çıxdıqdan sonrakı dövrdə sizi nələr daha təəccübləndirdi?
11. 2000-ci ildə icra başçısı vəzifəsindən gedəndə ömrün çox enerljili və yetkin dövrü sayılan 45 yaşınız var idi. Hakim ailəyə yaxınlığınız, ölkə başçısı ilə tələbə yoldaşı olmağınız da çoxlarına bəllidir. Hansı ki çoxları həmin vaxt deyirdi ki, Teymur müəllimin potensialı elədir ki, Masallı onun üçün çox kiçikdir, paytaxta daha yüksək posta irəli çəkiləcək. Nədən hakimiyyət sizinlə yolları ayırdı?
12. Yenidən hakimiyyətə gəlsəniz komandanı kimlərdən formalaşdırarsınız?
13. Bu günün Masallısı sizə necə görünür? Razı və narazı qaldığınız cəhətlər?
Həmin müsahibəni sizə təqdim edirik