Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ən çox şagirdi olan repetitor repetitorluğun əleyhinədir



  • Dünyanın əksər yerlərində repetitorluq anlayışı mövcuddur. Az qala 1-ci sinifdən belə uşağı fərdi müəllim yanına göndərirlər. Təsəlli üçün deyirlər ki, keçmişdə dayələr, lələlər elə repetitor müəllim idi.
  • Bu gün ən yaxşı müəllim kimdir? Təkcə orden, medal, fəxri ad alan, ya evdə ən çox şagird hazırlayan müəllim?

Haqqında bəhs edəcəyimiz müəllimin – Masallı rayonƏrkivan qəsəbə 4 saylı tam orta məktəbinin tarix müəllimi Teymur Dadaşovun ən yüksək göstəricisi –Müəllimlərin Diaqnostik qəbul imtahanında 60 sualdan,56-na, öz ixtisasından, tarixdən isə  40 sualdan hamısına cavab verməsi idi.

Onu da qeyd etməliyik ki, Teymur Dadaşov 1981-ci il təvəllüdlüdür.  Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, əvvəllər Cəlilabad rayonun Bəcravan kəndində, hazırda isə yaşadığı qəsəbədə müəllim işləyir, 15 illik təcrübəsi var. Futbol oynamağı, ciddi musiqini və ciddi zarafatları xoşlayır.

Teymur  Dadaşov  - hər müəllim şagirdini öyrənməlidir. Repetitor müəllim isə şagirdini 5 qat öyrənməlidir, çünki onunla ya fərdi, ya da 4-5 nəfərlik kiçik qrupda işləyir. Xüsusən, öyrənməlidir ki, uşaq özü tarixə həvəslidir, yoxsa valideyn onu  məcbur edir ki, ixtisas seçdiyin qrupda tarix də var,  bunu mütləq oxumalısan.

Əsas hədəf birdir - elə et ki, uşaq test suallarından yüksək bal yığsın.

Məsələn, müşahidə etmişəm ki, müəyyən fənlərdən test suallarının əksəriyyətini düzgün yazıb yüksək bal yığan şagird bəzən həmin fənn haqqında düzgün elmi mühakimə yürüdə bilmir.

Dünyanın əksər yerlərində repetitorluq anlayışı mövcuddur. Az qala 1-ci sinifdən belə uşağı fərdi müəllim yanına göndərirlər. Təsəlli üçün deyirlər ki, keçmişdə dayələr, lələlər elə repetitor müəllim idi.

Rayonumuzun qocaman və təcrübəli direktorlarından biri – Məmmədağa Sadıqov isə  belə qənaətdədir ki, təhsil sistemində məktəb və repetitorfəaliyyəti yarıbayarı olmalıdır.

Məktəb deyəndə tarix kabineti, tarixi yerlərə ekskursiyalar, sərgilər, müsabiqələr, tarixi mövzularda teatrlaşmış səhnələr və s. başa düşülür. Təəssüf ki, “ev məktəblərində” bunlar yoxdur. Elə savadlı müəllimlərimiz var ki, onun evdə dediyi dərslərə 100, 150, bəzən 200 uşaq qatıldığı üçün məktəbdəki işindən çıxır. Çünki, burada ona nə rəhbərliyin nəzarəti, nə də 65 yaşdan yuxarı məktəbi tərk etmək təhlükəsi gözləmir.

Teymur Dadaşov – son vaxtlar şagirdlərdə elə fikir formalaşıb ki, mən repetitor yanına getməsəm, yüksək bilik əldə edə bilmərəm. Şəxsən mən özüm, demək olar ki, repetitor yanın getməmişəm. Hətta  ailə vəziyyətimiz yaxşı olmadığı üçün axşam işləyib, rayon mərkəzindən evə piyada gəlib, dərslərimi hazırlayıb ali məktəbə yüksək balla qəbul olmuşam.

Belə düşünürəm ki, tarix fənnindən hazırlaşan şagirdin yüksək dünyagörüşü, tərbiyəsi olduqca vacibdir. Sürətli internetin, bəzi texniki vasitələrin də lazimi səviyyədə olmaması, monitorlardan və digər müasir vasitələrdən istifadəyə imkan vermir. Rayonda tarix təmayüllü məktəblərin  təşkili və fənlər üzrə ən yaxşı müəllim müsabiqələrinin keçirilməsi bu sahəyə güclü stimul verə bilər və kimlərin rayon üzrə daha bacarıqlı, daha peşəkar olduğunu aşkarlayardı.

Məhz belə tədbirlər olmadığı üçün məcburuq ki, öyünək, mən filan nəfər şagirdə repetitorluq edirəm. Mənim yanıma Cəlilabaddan, 10-a yaxın qonşu kəndlərdən və s. yerlərdən şagirdlər gəlir.

Ən çox fəxr etdiyim isə uğur hekayəsi yazmış, reytinqli ali məktəblərə daxil olmuş tələbələrimdir.

Məsələn, yüksək nəticə göstərən tələbələrimdən Teymur  Mahmudov Polşada,  Səbinə Nəzərova İspaniyada,  Kubra Mahmudova İtaliyada təhsil almışdır. Yerli universitetlərdə təhsil almış Ülfər Məmmədli,  Türkan Məmmədova,  Xalid Qarazadə,  Xanım Kərimli və  Arzu Əliyeva  isə, öz yüksək nəticələri ilə məni qürurlandırmışlar.  Günel Əliyeva isə, MİQ imtahanında layiqli nəticəsi ilə Bakıda müəllim vəzifəsinə yüksəlmişdir. Daha neçə tələbəm isə, hal-hazırda tarix müəllimi kimi  fəaliyyət göstərir.

Cenub.az üçün hazırladı: Fidan Abbaslı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10