Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilovla görüş


Masallıda “Çempionumuz” layihəsi çərçivəsində Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilovla görüş keçirilmişdir.

25 oktyabr 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə COVİD-19 Pandemiyası nəzərə alınaraq, Masallı şəhər 4 saylı S.Tağıyev adına tam orta məktəbin akt zalında ,Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan “Çempionumuz” sosial idman layihəsi çərçivəsində “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov ilə məktəblilərin görüşü keçirilib.

Görüşdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və əməkdaşları, rayon təhsil şöbəsinin məsul işçiləri, XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Vəli İsrafilov və məktəblilər iştirak ediblər.

Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək Vəli İsrafilova yeni uğurlar arzulayıblar.

Ən gənc paralimpiya çempionu kimi ölkənin tarixinə düşən 19 yaşlı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəli İsrafilov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Sonda çempion görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10