Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rəisi prezident seçiləndən İranda 141 adam edam edilib


İbrahim Rəisi İran prezidenti seçiləndən bəri ölkədə ən azı 141 adam edam edilib.
 
Axar.az xəbər verir ki, bu barədə İranın müxalif mediası məlumat yayıb.
 
Son həftədə isə 3 nəfər edam edilib. Belə ki, oktyabrın 19-da ölkənin cənubundakı Ramhörmüzdən olan Əli Məhəmməd Məhəmmədi və qardaşı İslam Məhəmmədi Əhvazdakı Sepidar həbsxanasında edam edilib. Bir neçə Ramhörmüz sakini buna etiraz etsə də, təhlükəsizlik qüvvələri dərhal onları həbs edib.
 
Bir gün sonra başqa bir cinayətə görə Zahedan Mərkəzi Həbsxanasında görmə qabiliyyətini 80 faiz itirən bəluc məhbusu asılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10