Ərdəbildən Parsabada, oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək”.
Cenub.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib.
Prezident İbrahim Rəisini ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.
Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.
Qeyd edək ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.