Dəfələrlə demişəm ki, Cənubi Qafqazda nəqliyyat, iqtisadi əlaqələrin bərpası Azərbaycandan, Ermənistandan, xarici tərəfdaşlar simasında Türkiyə və İrandan daha çox Rusiyaya lazımdır" deyən rusiyalı politoloq Oleq Kuznetsov bildirib ki, son 30 ildə Naxçıvan Muxtar Respublikası daimi iqtisadi blokadada olub.
Yenisabah.az xəbər verir ki, Bizim.Media-ya özəl açıqlamasında ekspert son 3 onillikdə muxtar respublikanın həyat qabiliyyətini saxlamaq üçün görülən işlərdən də bəhs edib.
İndi isə bütün hallarda yolların açılacağını deyən Kuznetsovun fikrincə, zaman Moskva və İrəvana qarşı olsa da, rəsmi Bakının əlinə oynayır:
"Həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən Rusiya bu layihənin reallaşmasına ehtiyac duyur. Ən əsas da geosiyasi cəhətdən buna lüzum var, çünki üçtərəfli bəyanatların icrasının yubadılması Cənubi Qafqazda hərbi-siyasi və iqtisadi nəzarətə iddialı olan Moskvanın xarici siyasət imicinə neqativ təsir göstərir. Hazırda regiondakı danışıqlar prosesi və potensial iqtisadi əlaqələrdə Kreml özünü kifayət qədər nüfuzu olmayan iştirakçı kimi göstərir. Bölgə üçün Rusiyanın əhəmiyyəti iqtisadi əlaqələrin bərpasının və nəqliyyat koridorlarlarının açılmasının nə qədər tez baş verəcəyinin proporsional asılılığındadır.
Bu nə qədər gec baş verərsə, bölgədəki sahibkarlıq və siyasət subyektləri üçün Moskvanın əhəmiyyəti, çəkisi bir o qədər az olacaq. O səbəbdən, şəxsən Putin də daxil, bütün Rusiya hökuməti çox böyük səy göstərir ki, rəsmi Bakı və İrəvan arasında sıx siyasi əlaqələr qurulsun".
Oleq Kuznetsovun sözlərinə görə, Vladimir Putinin son çıxışlarında toxunduğu məqamlar da, məhz bununla bağlıdır