Bu gün, 24-ü oktyabr 2021-ci ildə həmişə musiqi sədalarının, çal-çağırın aləmə yayıldığına adət etdiyimiz bir məkanda Lanur Şadlıq Sarayında cənub bölgəsinin – Lerik, Yardımlı, Cəlilabad, Astara, Lənkəran və Masallı rayonlarından gələn şəhid ailələri ehsan süfrəsi arxasında bir araya gəlmişdi.
Tədbir paytaxtın “Yaşamaq gözəldir”, “Dost Əli ” “Vəhdət” və digər Ictimai birliklərin, xeyriyyə təşkilatlarınnın birgə təşkilatçılığı və yardımları ilə baş tutmuşdu.
Cənub bölgəsinin 200-dən artıq şəhid ailəsinin, onların xanımlarının, analarının, övladlarının bir araya gəldiyi ehsan süfrəsində sanki şəhid ailəsinin əyləşdiyi hər bir stol bir qəm hekayəsi idi.
Tədbirdə Azərbaycanın Dövlət Himni də səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, onların ruhuna yasin də oxudu, Əhli Beyt aşiqləri İlahilər də söylədi.
Şahid ailələrinin bir-birində yanıqlı çıxışları, söylədiyi şeirlər, Ərkivan 1 saylı qəsəbə orta məktəb şagirdlərinin şəhidlərlə bağlı kompazisiyası bizi ruhən bir də qəhrəman şəhidlərimizin ucaltdığı şəhidlik zirvəsinə apardı.
Tədbirdə Qazilər Şurasının cənub bölgəsi üzrə Qazisi Hacı Rəşid Talıbzadə, onlarla şəhid ailəsi, yazarlar və digər şəxslər çıxış etdi.
Tədbirə qonşu rayonlardan qatılan onlarla şəhid ailəsi burada bir-biri ilə tanış oldu, qayğılarını bölüşdü, əlaqələr qururdular.
Şəhid ailələri onlara belə xüsusi diqqət sərgilədiklərinə görə təşkilatçılara təşəkkür etdilər.
Tədbirin təşkilinə Masallıda fəaliyyət göstərən “Ümidim sənsən” ictimai birliyinin komandası, eləcə də kanalın baş operator Vadim Eyvazoğlunun rəhbərliyi ilə cənub xəbərtv-nin çəkilişi qrupu da öz tövhəsini əsirgəmədi.
Allah şəhidlərimizi rəhmət eləsin.
İndi isə tədbirdən bəzi məqamları diqqətinizə çatdırırıq.