Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq alıb. Bunu İsmayılovun vəkili Marina Rusakova bildirib.
Hüquqşünas bildirib ki, onun müvəkkili ekstradisiya izolyatorundan buraxılıb, çünki Monteneqroda siyasi sığınacaq alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.
İsmayılovun vəkili bildirmişdi ki, onun müvəkkili ittihamların heç birində özünü təqsirkar bilmir: “Telman saxlanılarkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Odur ki, onun saxlanılması qanunsuzdur. Yalnız bu məsələ yoxlanılandan sonra T.İsmayılovun təhvil verilməsi məsələsinə dair qərar veriləcək”.
Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.