Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Narkotik ona görə ucuzlaşıb ki, Azərbaycanda istehsal olunur” - Tanınmış hüquqşünas


“Azərbaycanda narkotiklərin geniş yayılması əvvəllər də məlum idi. Həbslər çox olmasa da, ətrafımızda istehlakçıların həddindən artıq çox olduğunu görürdük. Amma istehlakçılar çoxdursa, demək satanlar da çoxdur. Hamı bilir ki, əsas mənbə İrandır. İranla nəqliyyat rabitəsinin geniş şəkildə yayılması, Azərbaycan əhalisinin İrana sərbəst gedib-gəlməsi böyük narkoaxına imkan yaradır”.

Bunu Yenisabah.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib.

O, DİN-in gündəlik statistikasında yer alan narkotacirlərə qarşı geniş əməliyyatlara baxmayaraq, narkoticarətin məhdudlaşmamasının səbəblərini şərh edib:

“Açığı, DİN-nin narkotiklərlə mübarizəsi lazımi səviyyədə deyildi. İctimaiyyət bu rəydədir ki, narkotiklər hər yerdə açıq-aşkar satılır, polis buna göz yumur. Tutulan da ancaq xəstə, düşkün vəziyyətli istehlakçılardır. Son aylarda bu mübarizə çox ciddiləşib və genişlənib. Xüsusilə, təkcə istehlakçılara yox, bunu istehsal edənlərə, gətirənlərə qarşı”.

Hüquqşünasın sözlərinə görə, narkotacirlərin sayının artması əvvəlki dövrlərdə buraxılmış səhvlərin nəticəsidir:

“Əvvəldən lazımi səviyyədə mübarizə getsəydi, say bu qədər artmazdı. Fikrimcə, hələ də bu əməliyyatların davamına ehtiyac var. İlk növbədə, narkotikləri gətirənə, böyük həcmdə satanlara qarşı. Əslində, satanların böyük hissəsi istehlakçıdır, yəni narkomandır. Onlar da əsas satıcıdan, narkobarondan alır və kiçik hissəni özlərinə saxlayırlar. İndi əsas mübarizə hədəfi kuryerlər və satışın təşkilatçıları olamlıdır. Hətta yerli istehsalla məşğul olan, şəbəkə yaradanlar var. Ona görə də narkotik ucuzlaşıb”.

Nəzrin Vahid





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10