Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Bioloji Təbabət Klinikasının yeni həkimi - Elfiya Altınbayeva


Həmişə yeniliklər və peşəkarlar axtarışında olan Masallı Bioloji Təbabət klinikası vaxtaşırı olaraq ölkə şöhrətli həkimləri Masallıya dəvət etməkdə davam edir. Bioloji Təbabət klinikasının dəvəti ilə Masallıda fəaliyyətə başlayan peşəkar nevroloq-osteopat Elfiya Altınbayevanı sizlərə təqdim edirik. 

Həkimin qısa tərcümeyi-halı

Bakıda anadan olub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Təyinatla Xaçmaz Mərkəzi Xəstəxanasına göndərilib.

Sonrakı fəaliyyətini Bakı şəhərindəki 23 saylı şəhər poliklinikasında, daha sonra Bakı Bioloji Təbabət Klinikasındə davam etdirib. 

Hazırda 

Hər həftənin 1 və 2-ci günləri  Masallı BTK-da fəaliyyətini davam etdirir.

Almaniyanın Baden Baden, Rusiyanın Moskva, Sankt-Peterburq,   Kazan, şəhərlərində peşəkar kurslar keçib, beynəlxalq konfranslarda iştirak edib.

Nervoloq – ostepat həkimlər nə ilə məşğuldur? 

Osterapat kimdir?

Osteopatiya əllə müayinə və müalicədir.

 Fizioloji prosesləri tənzimləmək.

 Qamətin pozulması, 

travmadan sonrakı vəziyyətlər,

 doğuş sonrası travmalar,

 uşaqlarda fiziki və əqli inkişafın gecikməsi və s. həkim-osteopatın müalicə etdiyi xəstəliklərdir.

Osteopat  insanı müayinə edib xəstəliyi yaradan əsas amilləri aşkar edir. 

Belə müalicədə həkimin elmi bilikləri və təcrübəsinin vəhdəti mühüm rol oynayır.

Nervoloq-ostepat Elfiya Altınbayevanın

Yuxarıda deyilənlərə əlavəsi:

-Məsələn, xəstənin sol qolunda ağrı varsa, təcrübəli həkim bunun öd kisəsindən və onlarla digər səbəbdən  ola biləcəyi qənaətinə gələr bilər. Yaxud, diz ağrısı böyrək problemləri ilə bağlı ola bilər.

Bu müalicə metodu ABŞ-da 100 ildən artıq bir müddətdə yaransa da,  Azərbaycanda belə müalicənin tətbiqinə isə son 10 ildə başlanılıb.

Hazırda bu müalicə üsulundan kütləvi şəkildə istifadə edilməyə başlanılıb.

Bu tip müalicələr bütün yaşlarda aparıla bilir lakin, erkən yaşlarda aparılan müalicə daha effektli olur.

Hər şey ilkin müayinədən, manual (əl) testlərdən başlayır.

Bu müalicə kəskin ağrıları azaldır, pasiyentin həyat keyfiyyətini  artırır, baş, bel, fəqərə və digər bədən üzvlərində olan narahatlıqları aradan qaldırır.

Normal müalicə üçün 3-7 dəfə, hər biri 30, yaxud 60 dəqiqəlik seans kifayət edir.

 Bu sahədə təcrübəli həkimlər müalicə zamanı kimyəvi dərmanları azaldıb,  biotənzimləyici terapiyaya üstünlük verirlər. 

Siz də bu müalicədən faydalanmaq istəyirsinizsə, hər həftənin 1 və 2-ci günləri Masallı Bioloji Təbabət Klinikasına müraciət edə bilərsiniz.

Dr. Elfiya Altınbayevanın müayinə və müalicə etdiyi xəstəliklər:
 
-Baş, boyun, bel və ətraf ağrıları;
-Onurğada və ətraflarda hərəkət məhdudluğu;
-Miofassial sindromlar;
-Fəqərəarası disk yırtıqları;
-Diskogen radikulopatiya;
-Diabetik polineyropatiya;
-Yaddaş və yuxu pozuntuları;
-Əsəbilik;
-Posttravmatik vəziyyətlər;
-Uşaqlarda və böyüklərdə qamət pozulmaları;
-Uşaqlarda doğuş travmaları;
-Uşaqlarda fiziki və əqli inkişafın gecikməsi;
-Nitq qüsurları və s.
Ətraflı məlumat üçün:
(055) 532 89 88

(025) 21 5 50 89

Təcili tibbi yardım xidməti:

(051) 311 03 03

Fidan Abbaslı. Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10