Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlıda zorla ərə verilən qız və sevgilisi intihar edib - Ataya cinayət işi başlanıb


Yardımlı rayonunda Xanhüseyn Mirzəyev 21 yaşlı qızını zorla ərə verib. Bundan sonra həm qızı, həm də qızının sevgilisi intihar edib. Hadisə ilə əlaqədar ata haqda cinayət işi başlanılıb.

“Cenub.az”ın əldə etdiyi məlumata görə, rayonun Köryədi kənd tam orta məktəbində müəllim işləyən X.Mirzəyev 1999-cu il təvəllüdlü qızı Bahar Mirzəzadəni zorla öz qohumu və həmkəndlisi Vüqar adlı şəxslə evlənməyə məcbur edib.

2020-ci il martın 8-də qızın toyu olub. Onun sevdiyi oğlan, Saatlı rayon sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərqulu oğlu Süleymanzadə buna dözməyərək özünü öldürüb. O, toydan 3 gün sonra, martın 11-də rayon mərkəzində yerləşən peşə liseyinin həyətindən özünü asmaqla həyatına son qoyub.

Bundan sonra sevgilisinin özünü öldürdüyünü eşidən Bahar da intihar edərək canına qıyıb.

İstintaq zamanı hər iki hadisə araşdırılarkən səbəb müəyyən edilib. Təsdiq olunub ki, gənclər X.Mirzəyevin qızını zorla ərə verməsi səbəbindən həyatlarına qıyıblar.

Buna görə B.Mirzəzadənin atası barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Xanhüseyn Mirzəyev “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi ilə təqsirləndirilib.

Yardımlı rayon məhkəməsinin qərarı ilə 2 nəfərin intiharına səbəb olan Xanhüseyn Mirzəyev 3 min manat cərimə olunub. Prokurorluq qərardan narazı qalaraq protest verib və cəzanın ağırlaşdırılmasını tələb edib.

Protestdə qeyd edilib ki, X.Mirzəyevin törətdiyi cinayət əməli ilə qızını həmkəndlisi Vüqarla nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törədib.

Həmin maddədə maksimal cəza 2 il müddətə azadlıqdan məhrum etməkdir. Lakin yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Həmçinin oxu: Anasının çılpaq videosunu çəkən qəzet direktorunu necə öldürdüyünü danışdı

Gəlinini doğrayan 75 yaşlı kişiyə hökm oxundu

Xanhüseyn Mirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisədə günahı olmayıb: “Mənim heç bir günahım yox idi, məhkəmənin qərarı ilə razıyam. Qızım Bahar o oğlanı (ərini) istəmədiyi üçün özünü öldürüb”.

Murad Əhməd





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10