Xəbər verdiyimiz kimi Masallı rayonunda “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında 12 komandanın iştirakı ilə futbol turniri keçirilir. Birinci yer üçün mükafat 1500 manatdır. 
 
Masallıda mini futbol yarışmasının 3-ci turunda Kolatan FK klubu “Araz” market komandası ilə qarşılaşıb. 1-ci hissədə qapısından 4 top buraxan kolatanlılar 2-ci hissədə bu toplardan birinin əvəzini çıxıblar.
1. Grand FK (Ərkivan) -“MAQNA” 0:0
2. BTK (Bioloji Təbabət) -Cəlilabadın “GöytəpəFK” 2:0
 
 Bundan əvvəlki turda isə oyunlar aşağıdakı kimi nəticələnmişdi:
   1-ci tur
 “KolatanFK” və Cəlilabadın “GöytəpəFK” 1:1
“Araz” market  - “MAQNA”  2:1
 BTK (Bioloji Təbabət) -Grand FK (Ərkivan) 0-1
2-cü tur
“Qala 85” – Seybətin FK 7:2
 “Milenum” FK- Digah FK xalları yarı bölüblər 0:0
 Səmidxan FK –Cenub FK 5:2
 
 Oktyabrın 21-də keçiriləcək 4-cü turda aşağıdakı komandalar qarşılaşacaq: 
Seybətin FK – Digah FK
Səmidxan FK – Digah FK
Milenium FK- Qala-95
 Oyunlar 19.00-da başlayacaq. Giriş pulsuzdur.
 Cenub.az üçün hazırladı : Uğur














