Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zəngilanda qurulan “Ağıllı kənd”dən - Video


“TRT Haber” kanalının çəkiliş heyəti Azərbaycanın işğaldan azad etdiyi Zəngilan rayonundan reportaj hazırlayıb.

“Qafqazinfo”nun məlumatına görə, reportajda Zəngilanda ilk "Ağıllı kənd" layihəsinin həyata keçirilmə işləri təqdim edilib.

200 evdən ibarət olacaq “Ağıllı kənd”də sakinlər üçün poçt şöbələri, sağlamlıq mərkəzləri, polis şöbəsi, kənd təsərrüfatı torpaqları nəzərdə tutulub.
Bundan başqa, kənd Günəş enerjisi vasitəsilə elektriklə təmin olunacaq.

Layihə əsasında 4 əsas yol qurulacaq, qəhrəmanların xatirəsinə Zəfər meydanı tikiləcək.
“Ağıllı kənd”ə 5 kilometr məsafədə Zəngilan Hava Limanı tikilir. İşlərin il sonunda yekunlaşması nəzərdə tutulur.
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10