Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Həzrət Əli (ə) heç bir işini Cənnətə düşmək xatirinə etməzdi..."


Həzrət Əli (ə) bütün ömrünü Allaha bəndəlikdə keçirtmişdi. Gecə namazlarından heç vaxt yorulmazdı. Heç vaxt deməzdi ki, yorulmuşam və yatmaq istəyirəm. Peyğəmbərdən (s) sonra Allaha ən yaxşı ibadət edən bəndə o idi, onun bəndəliyindən gözəl bəndəlik yox idi. Bu da o Həzrətin (ə) mərifət və ixlasına görə idi. Bizim də özümüzə görə mərifət və ixlasımız vardır, ancaq bunları məgər müqayisə etmək olarmı? (Erfan)
 
 
O zamandan ki, Həzrət Əli (ə) əlini Peyğəmbərin (s) əlinə qoymuşdu, şəhadətə çatan günə qədər ibadətlərini behişt və cəhənnəmə görə etməzdi. Bəndəliyi boynuna götürdüyü ilk gündən bütün varlığı ilə ancaq Allahı istəyərdi.
 
 
Behişt Həzrəti Əlinin (ə) vücudunda yer tapmadı. Həzrət Əli (ə) heç bir işini behiştə xatir etməzdi. Müharibə meydanına gedəndə 23 yaşı var idi. Ən böyük ibadətini edir. Peyğəmbər (s) şövqündən göz yaşı tökürdü. Əgər Əlinin (ə) Xəndək döyüşündə etdiklərini tərəziyə qoymaq mümkün olsaydı, Həzrət Adəmin zamanından Qiyamətə qədər bütün ins və cinin ibadətini də tərəzinin o biri tərəfinə qoymaq mümkün olsaydı, Həzrət Əlinin (ə) ibadəti bütün bu ibadətlərdən ağır olardı.
 
 
Bu sözü təkcə Əhli-Beyt (ə) davamçıları demirlər, bunu əhli-təsənnünün böyük alimləri də deyirlər. Əlini (ə) tanımayanlar da bu sözü deyirlər. Bəli, heç biz də Əlini (ə) yaxşı tanımırıq. Əgər yaxşı tanısaydıq, bu qədərçətinliklərə, tərəddüdlərə düşməzdik.
 
Allahım! Bizləri Əlini (ə) tanıyanlardan qərar ver!
 
/Deyerler.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10