Masallı rayonunda hamının olduqca səmimi, mehriban, istiqanlı, xeyirxah bir insan kimi tanıdığı “CoCa-Cola Bottlers” Masallı rayonu Bayı müdiri Kamran Alməmmədov bu gün qəfildən, sükan arxasında dünyasını dəyişib.
Yaxın dostu Aqil Əliyevdən aldığımız məlumata görə, Kamran ciyərlərindən şikəyətlənir və ardıcıl müalicə alırdı. Son vaxtlar isə ürəyindən şikayətlənirdi. Dünyasını dəyişdiyi saatlarda isə öncə aptekə girib dərman alıb.
Sükan arxasında əyləşəndən sonra aşağı sürətlə maşını idarə edib və bir neçə dəqiqədən sonra maşını İcra hakimiyyətindən şəhər 1 saylı orta məktəb istiqamətinə gələn yolda yüngülcə divara vurub.
Arxadan onu izləyən dostları maşına yaxınlaşanda onu huşsuz vəziyyətdə görüblər. K. Alməmmədovun infarkt keçirdiyini ehtimal edənlər də var. Hadisə günorta 12-13 arası baş verib.
Kamran Alməmmədovun 60 yaşı bu ilin yanvar ayında tamam olmuşdu. Ailəlidir. 2 qızı və 1 oğul övladı var. Hamısı təhsillidir, hamısı ailə həyatı qurub. Onun 7 nəvəsi var.
Hazırda qardaşlarının və yaxınlarının Bakıdan gəlişini gözləyirlər. Dəfn axşamüstü Masallı şəhər qəbiristanlığında olacaq.
Allah rəhmət eləsin!