Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda mini futbol yarışmasının 2-ci turunda ərkivanlılar Seybətin futbol klubunu darmadağın etdi- 7:2


Xəbər verdiyimiz kimi Masallı rayonunda “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında 12 komandanın iştirakı ilə futbol turniri keçirilir. Birinci yer üçün mükafat 1500 manatdır. 

 Bu gün, oktyabrın 14-də turnirin 2-ci turunun görüşləri keçirilib. İlk dəfə meydançaya Əkivanın “Qala-95” və Seybətinin Futbol klubları çıxıblar. Oyunun birinci hissəsində  seybətinlilər oyunu 2-2 hesabı ilə başa vursalar da, 2-ci hissədə darmadağına məruz qalaraq, qapılarından 5 top buraxaraq, ərkivanlılar qarşısında 7:2 hesabı ilə məğlub olublar.

“Milenum” FK- Digah Fkxalları yarı bölüblər 0:0
Səmidxan FK –Cenub FK 5:2
 
Bundan əvvəlki turda isə oyunlar aşağıdakı kimi nəticələnmişdi:
 “KolatanFK” və Cəlilabadın “GöytəpəFK” 1:1
 
 “Araz” market  - “MAQNA”  2:1
 
 BTK (Bioloji Təbabət) -Grand FK (Ərkivan) 0-1
 
Növbəti görüşlər oktyabrın -də keçiriləcək.
Həmin gün aşağıdakı komandalar qarşılaşacaq:
 
1.Grand FK (Ərkivan) -“MAQNA”  
2. BTK (Bioloji Təbabət) - Cəlilabadın “GöytəpəFK”
 3. “Araz” market  - Kolatan FK
Oyunlar 19.00-da başlayacaq. Giriş pulsuzdur.
 
Cenub.az üçün hazırladı : Uğur





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]