Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlı əhalisini yanıldan Xəzər Nuriyev: İnternet kabellərdə sürünür, avadanlıqlar ANBARDA – ŞİKAYƏT


Aztelekom” MMC-nin Yardımlı filialında baş verən rəhbər dəyişikliyi rayon əhalisini problemlərin artıq geridə qaldığını düşündürərək ümidləndirsə də, bir müddət sonra camaat tamamilə yanıldıqlarını anlayıblar.

Belə ki, rəhbərliyi müvəqqəti icra etmək üçün təyin edilən Xəzər Heydər oğlu Nuriyev və qurumun baş mühəndisi Elşən Zakir oğlu Qasımov vəzifələrinin öhdəsindən gələ bilməyiblər.

KAİM.az-ın əldə etdiyi məlumata görə, “Aztelekom” MMC-nin 6 ay əvvəl ayırdığı FO kabellər hələ də, rabitə kabelləri üçün nəzərdə tutulmuş xüsusi barabanlarda istifadə olunmamış halda saxlanılır. Rayonun Horavar və Porsova AETS-lərini Yardımlı MEATS-lə birləşdirilməsi üçün tələb olunan vaxtdan 1 ay 15 gün keçməsinə baxmayaraq işin yarısı belə görülməyib. “Aztelekom” MMC-nin Yardımlı filialına həmin problemin aradan qaldırılması üçün lazımi avadanlıqlar 6 ay bundan öncə verilsə də, işə hələ yeni başlanılıb.

Rayonun Ostair EATS-nin məktəbin ərazisindən çıxarılıb küçədə mini ATS formatında quraşdırılmasından başqa adını çəkdiyimiz kəndin daxili xətt təsərrüfatında heç bir yenilik baş verməyib.

Rayonun Alar kəndində yerləşən Hamarkənd EATS-inə peyk vasitəsi ilə telefon rabitəsi verilməsinə baxmayaraq, bu kəndə internetin verilməsindən ötrü “Aztelekom” MMC tərəfindən ayrılmış avadanlıqlar hələ də filialın anbarında yaşlanmaqdadır.

Onu da bildirək ki, Xəzər Heydər oğlu Nuriyevin şəhərdaxili internet verilişinin keyfiyyətinin yaxşılaşdırılmasından ötrü “Gpon” internet xidmətinin çəkilməsi vədi də həyata keçirilməyib.

Qeyd etdiyimiz problemlər Yardımlı rayonu üzrə rabitə sistemində yaşanan çətinlikləri tam əhatə etməsə də, inkişafın hansı dərəcədə olduğunu təsəvvür etməyə imkan verir. Çünki, rayon üzrə hava şəraiti ilə əlaqədar olaraq payız-qış mövsümü üçün nəzərdə tutulmuş təmir-quraşdırma işləri aparılmayıb. Üstəlik, yaxın günlərdə yağan yağışlardan sonra (qarşıdan sərt keçəcək qış mövsümünün gəldiyini də nəzərə almalıyıq) kabel kanalizasiya quyularına daxil olmuş sular muftaları isti lehimlə vurulmayan kabelləri zədələyərək rabitəni tamamilə çökmüş hala gətirmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10