Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad icra başçısının siftəsi korlandı – Gərginlik /Video


Cəlilabad rayon icra başçısı Rafiq Cəlilovun siftəsi korlanıb. Reportyor.info bildirir ki, yeni təyin olunan icra başçısı vətəndaşları qəbul etmədiyi üçün Cəlilabad İH önündə gərginlik yaşanıb. Video kadrlardan da görünür ki, kimisi Qarabağ veteranı olan ərinin işsiz olması, kimisi məmur laqeydliyi, kimisi sosial problemlərdən şikayətçidir. Cəlilabadın icra başçısı isə qapıya gələn onlarla vətəndaşı qəbul etmir və icra önündə bir qarışıqlıq yaşanır. R. Cəlilov prezident tərəfindən təyin ediləndə ona ilk tapşırıq camaatla işləmək olmuşdu. İcra başçısı isə ilk gündən əhalini saymır. Video kadrı təqdim edirik:






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10