Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uşaq "Bu ustanın başı xarabdır” dedi...


Azərbaycanda usta işlədiyi evlərdən birində 14 yaşına çatmayan uşağa qarşı seksual xarakterli hərəkətlər edib. Hadisə Bakının Xəzər rayonunda baş verib. Belə ki, evlərin birində elektrik və santexnik işlərini görən 1976-cı il təvəllüdlü Saşa (şərti addır-red.) qonşusu Bəybalanın (şərti) evində işləyərkən sonuncunun azyaşlı övladına qarşı əxlaqsız hərəkətlərə yol verib. Ev sahibi bazara ləvazimat almağa gedərkən, onun evində qalan iki övladı həyətdə oynayırmış.

Fürsətdən istifadə edən usta bu zaman uşaqlardan birini evə çağırır. O, yeddi yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edir. Belə usta bunu bir neçə dəfə təkrarlayır. Bəybala evə qayıtdıqdan sonra isə Saşa həmin uşağın onu çox istədiyini bildirir və öz evinə aparmasını təklif edir. Lakin Bəybala razı olmur. Uşaq bir neçə gün sonra ustanın başının xarab olduğunu ailə üzvlərinə bildirir. Ailə üzvlərini təəccübləndirən bu sözlərin səbəbini uşaqdan soruşduqda isə, o, baş verənləri danışır. 

Saşa haqqında polisə şikayət edilir və onun haqqında cinayət işi açılır. Saşa ibtidai istintaqa verdiyi ifadədə özünü təqsirli bilməsə də, sonradan bunu etiraf edir. Saşa məhkəmədən bir azyaşlı övladının olmasını əsas gətirərək onun haqqında yüngül cəza kəsilməsini xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməklə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10