Gördüyünüz bu şəxslər türmə dostlarıdır. Əvvəllər biri quldurluqla pul tələb etməyə görə 11 il, digər adam öldürməyə görə 8 il həbsdə yatıblar.
Mürşüdov İrşad Altay oğlu Masallı rayonunun Qodman kəndindəndir 31 yaşı var. 2 azyaşlı uşaq atasıdır. Əvvəllər rayon mərkəzindəki parkda bir qadını öldürdüyü üçün 8 il türmə həyatı yaşayıb.
2 ay öncə isə Şəmkir rayonundan olan keçmiş dustaq yoldaşı ilə əlbir olaraq yaxın qohumunun evindən 7 min manat pul və 5 min manatlıq qızıl-zinət əşyaları, müxtəlif sənədlər, geyim-keçim olan sandıq oğurlayıblar.
İrşadın oğurluq etdiyi şəxs, Ələkbərov Eldəniz Hüseyn oğlu isə Şəmkir rayonun Könüllü kəndindəndir. 6 may 1977-ci i təvvəlüdlüdür, evlidir, 18 yaşında bir oğlu var. Əvvəllər quldurluq etdiyinə görə 11 il həbsdə yatıb çıxanda sonra, İrşad Mürşüdovla əlbir olaraq Qodmanda onun əmisini nəvəsi Mürşüdov Xəyal İdris oğlunun evinə girərək oğurluq ediblər, daha sonra isə Gədəbəy rayonunda 14 baş qoyunu oğurlayıb apararkən yaxalanıb.
Masallıdakı oğurluq hadisəsi bu il, avqustun 6-da baş verib. İrşad yaşadığı Qodman kəndində gecə saat 4-də pəncərədən qohumunun evinə girib. Evə girdikdən sonra qapını içəridən açaraq, digər oğurluq etdiyi şəxsi-Eldənizi də evə çağırıb və evdəki sandığı çölə çıxarıb, çöllüyə apararaq orada pul və qızılları bölüşüblər.
Oğurluqdan sonra İrşad bir müddətdə Şəmkir rayonunda Eldənizin parnik təsərrüfatında çalışıb.
Oğurluğun üstü isə Masallı polisinin xüsusi peşəkarlığı nəticəsində açılıb.
Bu çəkilişə şərait yaratdığı üçün Respublika Daxili İşlər Nazirliyinə, Masallı polis şöbəsinə, şöbənin rəis müavini Elvin müəllimi, məsul əməkdaşları Cahangir müəllimə və Miramil müəllimə kanalımız və saytımız adından təşəkkürümüzü bildiririk.
Bununla bağlı çəkdiyimiz vidioda isə oğurluqda şübhəli bilinib saxlanılan şəxslərlə apardığımız söhbəti sizə təqdim edirik.
Videonun linki burada: